Dünya
Türkiyə Suriyaya girir: Davudoğlu əmr verdi
Türkiyənin Suriyaya hərbi müdaxilə planı hazırlanıb.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə Çankaya Köşkündə keçirilən “Suriya böhranı” toplantısında ordunun Suriya torpaqlarına müdaxilə planı müzakirə edilib.
Plana görə, Türkiyə ilə sərhəddə yerləşən Suriyanın Cerablus vilayətində İŞİD terror ruplaşmasının nəzarətinə son qoyularaq qərbə doğru 110 kilometrlik təhlükəsizlik xətti yaradılacaq.
“Yeniçağ” qəzetinin Ankara nümayəndəsi Əhməd Takanın xəbərinə görə, Ərdoğan və baş nazir Əhməd Davudoğlu Türkiyə Silahlı Qüvvələrindən Suriya torpaqlarına daxil olmasını istədikdən sonra ilk etiraz Xarici İşlər Nazirliyindən gəlib. Bildirilib ki, hərbi müdaxilə üçün ABŞ və koalisiya gücləri, həmçinin Rusiya, İran və Dəməşq rejiminin razılaşması lazımdır.
Baş nazirlikdəki mənbələrin verdiyi məlumata görə, Əhməd Davudoğlu Cerablusa müdaxilə üçün Baş Qərargaha yazılı əmr göndərib. Xarici İşlər Nazirliyi və Silahlı Qüvvələr daha əvvəl hazırladığı alternativ planlara görə işlərini davam etdirir.
-
MDB15:27Kremldən Paşinyanın çıxışına reaksiya: Suverenliyini göstərmək istəyir!
-
Nida Xəbər 13:21Bəşəriyyət bu dəfə dəqiq üçüncü dünya müharibəsinə yaxındır - "The Guardian"
-
Ekologiya13:03Şimşək çaxacaq, yağış yağacaq - HAVA PROQNOZU
-
Magazin212:54Məşhur aktyor 4-cü dəfə ata oldu - FOTO
-
MDB10:50Qazaxıstanda abidələrə qarşı vandalizm - Cəzalar sərtləşdirilib
-
İdman09:10Maaşsız oynamağa hazır olsa da, ərəblər buraxmır
-
Avropa08:48Uitkoff və Kuşneri daşıyan təyyarə bu ölkəyə eniş etdi
-
Gözəllik08:24Bu ilin "Dünya gözəli" o oldu






























.png)




