Dünya
İŞİD İraqın suyunu kəsib
Ötən əsrin 90-cı illərində İraq diktatoru Səddam Hüseyn
I Körfəz müharibəsindən sonra ölkənin cənubundakı bataqlıqları
qurutmuşdu. Səddam Hüseyn bununla ona qarşı çıxan şiə qəbilələrini
cəzalandırırdı.
Bataqlıqların qurudulması həm bu ərazilərin canlı aləminin məhvinə
səbəb olmuşdu, həm də camışçılıqla məşğul olan yerli əhalinin həyat
tərzinə böyük zərbə vurmuşdu.
2003-cü ildə bataqlıqlara yenidən su gəlmişdi. Yerli əhali də
camışçılıq təsərrüfatlarını bərpa etmişdi.
Ancaq indi onlar bir daha öz ərazilərini tərk etmək məcburiyyəti
ilə üzləşiblər. Çünki bataqlıqlar yenə qurudulur. Bu dəfə səbəbkar
Səddam yox, Fərat çayı boyunca su bəndlərini ələ keçirmiş
İŞİD-dir.
Su İraqda hələ İŞİD-dən xeyli əvvəl problemli məsələ olub. Su
israfçılığı, çirklənmə və əhali artımı İraq, Suriya və Türkiyədə 27
milyon insanın əsas su mənbəyi olan Fərat çayının ehtiyatını
tükətməkdədir.
İraq rəsmiləri bildirirlər ki, İŞİD ötən ay Ənbar vilayətində
Ramadi bəndini ələ keçirəndən sonra su təchizatı daha da
pisləşib.
Yayda temperaturun və quraqlıq riskinin çox yüksək olduğu, əsas
sanitariya şərtlərinin isə çox aşağı olduğu bu cür ərazilərdə suyun
kəsilməsi fəlakət kimi qiymətləndirilir. İraqın cənubundakı
bataqlıqlar bu cür fəlakətin astanasındadır.
İSİD-in su müharibəsindən təkcə İraqın cənubundakı əhali deyil,
digər əyalətlər də zərər çəkir. Ölkə parlamentinin Kənd Təsərrüfatı
və Su Komitəsinin üzvü Furat əl-Timimi deyir ki, İŞİD Ramadi
bəndini tutduqdan sonra faktiki olaraq Babil, Kərbəla, Nəcəf və
Qadisiyah əyalətlərinin su təchizatına nəzarəti ələ alıb. Fərat
çayının su buraxılışı 50 fazi azalıb.
Babil Əyalət Şurasının üzvü Riad Adday deyib ki, minlərlə kvadrat
kilometr təsərrüfat və otlaq ərazi lazımi qədər su görmədiyindən
quruyur.
Quraqlıq əyalətin heyvan aləmini də təhlükə altında qoyub. İraqın
Su Ehtiyatları Nazirliyinin rəsmisi Əli Haşimin sözlərinə görə,
İŞİD taktiki və hərbi üstünlük əldə etmək üçün Ramadi və Fəlluca
bəndlərini sabotaj etsə, ölkəyə ölçüyəgəlməz zərər yetirər. Bununla
da hərbi üstünlük əldə edə bilər.
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı