Ekologiya
Azərbaycanın Həvvası Ermənistana keçdi - FOTO
Azərbaycanda qorunan bəbir Ermənistan ərazisində yerləşən Xosrov qoruğuna keçib.
Publika.az xəbər verir ki, bu barədə Ümumdünya Təbiəti Mühafizə Fondu məlumat yayıb.
Məlumatda bildirilib ki, bu bir daha Qafqazda bəbir populyasiyasının bərpası Zəngəzur və Hirkan milli parklarından başladığını sübut edir:
“Ötən 3 il ərzində Həvva adlandırdığımız ana bəbir 3 bala böyüdüb. Bu balalardan biri Zəngəzur silsiləsi boyunca yeni ərazilər kəşf etməyə yollanıb və bu yaxınlarda Dərələyəz silsiləsini də aşaraq Xosrov qoruğunda kameralara düşüb. Bəbirin getdiyi məsafə düz xətt boyunca bu 165-170 km bərabərdir, dağ yolları ilə isə hesablasaq bu 250 km-dən çox edir. Bu bir daha bizim əvvəlki fikirlərimizi təsdiq etdi - Qafqazda bəbir populyasiyasının bərpası Zəngəzur və Hirkan milli parklarından başlayır”.
Məlumatda bildirilib ki, bəbirlər adətən, teritorial heyvanlar olurlar, bir ərazini mənimsəyib, oranı digər fərdlərdən qoruyurlar.
“Onların sayları artdıqca populyasiya sıxlığı da artır və gənc fərdlər yeni əraziləri kəşf etməyə gedirlər. Zəngəzurda artıb çoxalmağa hazır olan 2, Hirkanda isə 1 cütlük mütəmadi olaraq tərəfimizdən qeydə alınır. Son 3 ildə cəmi 5 bala böyüyüb ətrafa yayılıb”.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22 Oktyabr 22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin122 Oktyabr 21:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal22 Oktyabr 21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ









.jpg)























