Ekologiya
İndi də Bayıl SÜRÜŞDÜ - Bir ev tamamilə dağıldı
Bu gün səhər saatlarında Səbail rayonu, Bayıl qəsəbəsinin Buxta küçəsində sürüşmə hadisəsi baş verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov Publika.az-a bildirib ki, bir ev tamamilə dağılıb:
“Sürüşmə nəticəsində 9 nömrəli evdə uçqun prosesi baş verib və ev tamamilə dağılıb. Hadisə nəticəsində ölüm hadisəsi qeydə alınmayıb. Yaxınlıqda yerləşən bir neçə evin divarlarında çatlar müşahidə olunur".
Qeyd edək ki, ərazi yüksək mailli yamacda yerləşir və yamacın təbii meyilliyi 35-40 dərəcədir. Həmin yamac pilləli şəkildə kəsilib, tökmə torpaq üzərində pərakəndə şəkildə evlər tikilib. Nəticədə, yamac yüklənib, dayanıqlığı zəifləyib, kommunikasiya xətlərindən sular sızıb, torpaq qatının yuyulması prosesi gedib və bu səbəbdən aşınma və çökmə hadisəsi baş verib. Ümumiyyətlə, bu ərazi sürüşmə, uçqun, yuyulma və çökmə kimi ekzogen proseslərin təsirinə məruz qalan bir sahə hesab olunur.
Xatırladaq ki, bu ilin may ayında Buxta küçəsində torpaq sürüşməsi baş vermişdi. Hadisə nəticəsində ərazidən 22 ailə köçürülmüşdü. Hadisə zamanı 2 fərdi yaşayış evi tam, 2-si isə qismən dağıntılara məruz qalmışdı. Daha 20 fərdi ev təhlükəli ərazidə olduğu bildirilirdi.
Gülxar
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO