Ekologiya
Bakıda temperatur 35-37 dərəcəyə qədər yüksələcək

İyulun 03-ü saat 11:00-a olan məlumata əsasən əksər rayonlarda hava şəraiti yağmursuz keçib, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə şimal-qərb küləyi güclənib.
Milli Hidrometeorologiya Xidmətindən “Publika”ya verilən məlumata görə, düşən yağışın miqdarı: Göygöldə 7.0 mm, Oğuz, Şəki, Şahdağda 6.0 mm, Daşkəsəndə 5.0 mm, Qrızda 4.0 mm, İsmayıllıda 3.0 mm, Gəncə, Xaltan, Qusar, Kişçayda (Şəki) 2.0 mm, Naftalan, Şəmkir, Ağdərə, Gədəbəy, Quba, Tərtər, Yevlax, Qəbələ, Sarıbaş, Göyçay, Sarıbaşda 1.0 mm-dək olub.
Külək: Şimal-qərb küləyi arabir Naftalanda 24 m/s, Mingəçevirdə 21 m/s, Ceyrançöl, Neftçalada 20 m/s, Şirvanda 17 m/s, Culfada 18 m/s, Naxçıvan, Ordubadda 16 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 21 m/s, Binə 19 m/s, Ələtdə 18 m/s, Neft Daşları, Çilov adasında 17 m/s, Sumqayıtda 16 m/s, Pirallahıda 15 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.0 metrə çatıb.
Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitinin iyulun 03-ü gündüz saatlarınadək davam edəcəyi, 04-dən mülayim cənub küləyi əsəcəyi gözlənilir. Fasilələrlə yağıntılı hava şəraiti isə 05-dək əsasən şimal və qərb rayonlarında davam edəcək.
Birinci ongünlüyün son günlərində temperatur rejiminin tədricən yüksələrək Bakıda və Abşeron yarımadasında 35-37°, Mərkəzi Aran və Naxçıvan MR-da 35-38°, bəzi yerlərdə 40°, dağlarda 22-27° isti olacaq.

-
Qoroskop00:45
Günün ULDUZ FALI: belə addım atsanız, münaqişə yarana bilər
-
İdman00:23
Qurban Qurbanov: "Asan qələbə olmadı, futbolçularımı qucaqlayıram"
-
Rəsmi xronika00:13
İlham Əliyev Konyada Rəcəb Tayyib Ərdoğanla görüşdü - FOTO
-
Nida Xəbər 9 Avqust 23:24
Mehriban Əliyeva İslamiadanın açılış mərasimindən paylaşım etdi - FOTO
-
ABŞ9 Avqust 22:48
Bayden İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı protokollar imzaladı
-
Hadisə9 Avqust 22:42
Yevlaxdakı yanğınla bağlı bir nəfər saxlanıldı - RƏSMİ
-
Art9 Avqust 22:32
Azərbaycanın Əməkdar rəssamı vəfat etdi - FOTO
-
Avropa9 Avqust 20:24
Ukraynada “Bayraktar” istehsalı bu tarixdən BAŞLAYACAQ