Ekologiya
Yanğınlar təkcə “ağciyərimizi” ZƏDƏLƏMİR - Ekspert
“Şimal dağlıq ərazilərində baş verən son yanğınlar Azərbaycanın təbiətinə və ekosisteminə çox ağır zərbə vurdu. Təkcə meşə sahəsi deyil, heyvanların və quşların çoxu, uzun illər boyu formalaşmış torpaq qatı və altındakı mikro-orqanizmlər tamamilə yandı”.
Bunu Publika.az-a açıqlayan Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyevin sözlərinə görə, hətta yaşı 100-200-dən çox olan bəzi nadir ağac və bitki növləri toxumları və kök sistemləri ilə birlikdə məhv oldu:
“Buna görə də onlar “Qırmızı kitab”a düşəcək. Ümumiyyətlə, Azərbaycan meşə sahəsinə görə dünyanın ən az təminatlı ölkələrindən biridir və seyrək məşələrin sayı həddən çoxdur. Buna görə də meşə təsərrüfatı ciddi şəkildə qorunmalıdır”.

Şöbə müdirinin sözlərinə görə, elə dağlıq ərazilərimiz var ki, buranın meşə sahəsi yüzilliklər, hətta minilliklər boyu formalaşır:
“Belə meşələrdə yanğın baş verdikdə, illərlə formalaşmış nəhəng ekosistem bir anın içində məhv olur. Onun yenidən bərpası çox çətindir. Belə meşələrin yenidən təbii şəraitdə əmələ gəlməsi sual altındadır”.
Yanğınlar nəticəsində atmosferdə kəskin çirklənmələr baş verdiyini qeyd edən ekspertə görə həmin ərazilərdəki yaşayış məntəqələrinə ciddi ziyan dəydi:
“Bölgənin faunası, florası və hava məkanı ciddi zərər çəkdi. Üstəlik, atmosferə külli miqdarda tüstü və karbon-oksidlər atıldı. Düşünürəm ki, yaxın gələcəkdə burada yaşayan insanların, heyvanların, eləcə də digər canlıların sağlamlığında ciddi problemlər yaranacaq”.
Ə.Əliyev yanğınların dağlıq ərazilərin relyefinə, torpaq qatına mənfi təsir etdiyini vurğuladı:
“Vaxtilə sıx meşəlik olan ərazi yandıqdan sonra torpaqda erroziya baş verir. Güclü yağışlardan sonra səthi axınlar yaranacaq və torpaq qatı axıb gedəcək. Bu da ərazidə bitki örtüyünün əmələ gəlməsini ləngidəcək. Bir santimetr torpaq qatının əmələ gəlməsi üçün yüz ildən min ilə qədər vaxt lazımdır. Həmin ərazilərdə yaşıl çəmənliklərimiz, otlaqlarımız vardı və bunlar heyvandarlığın inkişafında böyük əhəmiyyətə malikdir. Ancaq yanğınlar burdakı bitkiləri də kök sistemi və toxumları ilə birlikdə məhv etdi. Heyvandarlıq sahəsində də ciddi problemlər yaranacaq”.
Rövşən Ziya
-
Hadisə02:18Faciəvi şəkildə ölən Səidin nişanı olacaqmış - Foto
-
Qoroskop00:45Bu bürcləri böyük sürprizlər gözləyir
-
Sosial19 Avqust 22:18Şadlıq evlərindən şikayət: Toylar başlayan kimi rahatlıq tapa bilmirik... - Video
-
Kriminal19 Avqust 21:51Həbs xəbəri yayılan bloqerdən açıqlama
-
İdman19 Avqust 20:48Gənc futbolçulara yatırım həm kubok, həm də milyonlar qazandırdı - Araşdırma
-
Dünya19 Avqust 19:40Tehran Avropadakı ABŞ bazalarını vurmağa hazırlaşır... - NATO-dan reaksiya
-
İKT19 Avqust 19:30Bunu etsəniz, məlumatlarınız kiberdələduzların əlinə keçəcək - Gizli təhlükə
-
Sosial19 Avqust 18:10Bakıda “İbrahim Tatlışiş”də kabab at ətindən bişirilirmiş - Foto














.webp)
























