MDB
Həbsxanada olan general ağır vəziyyətdədir: Amma prezidentə müraciət etmək istəmir
Moskvanın Lefortovo istintaq təcridxanasında saxlanılan Rusiya müdafiə nazirinin keçmiş müavini, ordu generalı Pavel Popovun səhhəti pisləşib. Buna baxmayaraq, o, Rusiya prezidenti Vladimir Putinə müraciət etmək fikrində deyil.
Publika.az xəbər verir ki, bu barədə onun vəkili Denis Saqaç "Daily Storm"a bildirib.
Müdafiəçisinin sözlərinə görə, müvəkkilinin vəziyyəti ciddi narahatlıq doğurur. Onurğanın və fəqərəarası diskin çıxarılması üçün əməliyyatdan sonra general yalnız gəzinti aparatıyla hərəkət edə bilir və şiddətli ağrılar keçirir. Saqaç onun üç həftədir ailəsindən yemək qəbul etmədiyini qeyd edib.
Vəkil elan edib ki, müdafiə tərəfi həbsin ev dustaqlığına dəyişdirilməsi üçün vəsatət vermək niyyətindədir, çünki 68 yaşlı Popov uzunmüddətli reabilitasiya tələb edir. O, həbsdə olarkən 40 kiloqramdan çox arıqlayıb.
Qeyd edək ki, general əvvəllər bütün ittihamları, o cümlədən vəzifə pozuntusu, külli miqdarda dələduzluq və digər korrupsiya pozuntularını rədd edib.
Rusiya İstintaq Komitəsinin sözçüsü Svetlana Petrenko isə bildirib ki, iş üzrə istintaq tədbirləri başa çatıb və Popova qarşı Rusiya Cinayət Məcəlləsinin rüşvət alma, dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə, saxtakarlıq və qanunsuz silah saxlama kimi bir neçə maddəsi ilə ittiham irəli sürülüb.
Adəm
-
ABŞ22:36Pentaqonda xaos - Təxliyə və karantin səbəbi açıqlandı
-
Magazin122:24Gülay canlı efirdə ağladı - VİDEO
-
Yaxın Şərq21:48İran Hörmüz boğazını bağlayır
-
Sosial20:36"5 dəfə vurdular, sağlam yeri yox idi" - Gəmidə sağ qalan şəxs danışdı / VİDEO
-
Magazin218:48Həmkarı ilə münasibətdə olduğunu etiraf etdi: “Nömrəni bilirsən”
-
Dünya17:03Bu gecə İranı vuracağıq - Tramp
-
Cənubi Qafqaz14:54Ermənistan KTMT-dən çıxacaq? – Paşinyan ilk açıqlamasını verdi
-
Magazin114:06"Əminəm ki, bu, son evliliyimdir" - 3 dəfə evlənən Rəvan


































