Hadisə
Bakıda daha bir skuter qəzası - VİDEO

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxtın mərkəzində baş vermiş yol qəzasının görüntülərini yayıb.
Publika.az xəbər verir ki, Mərkəzin müşahidə kamerasının qeydə aldığı bu qəza paytaxtın Səbail rayonu, Neftçilər prospekti ilə Əziz Əliyev küçəsinin kəsişməsində qeydə alınıb.
İlkin ehtimala görə, qəza skuter sürən şəxsin işıqforun qırmızı işığının tələbinə məhəl qoymaması və sürücü diqqətsizliyi səbəbindən baş verib. Görüntülərdən də aydın olur ki, ikitəkərli nəqliyyat vasitəsini idarə edən şəxs qırmızı işıq yandıqda dayansaydı, bu hadisə baş verməyəcəkdi.
“Yadda saxlamaq lazımdır ki, işıqforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi yol hərəkəti iştirakçıları üçün məcburidir. Bunu “Yol hərəkəti haqqında” Qanunun 60-cı maddəsi tələb edir. Həmçinin qeyd olunur ki, işıqforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə işıqfor qarşısında dayanmalıdırlar”, deyə NİİM-in müraciətində deyilir.
Sözügedən qəzanın görüntülərini təqdim edirik:
-
İdman12:38
127 yaşı, 370 milyon dəyəri var: "Qarabağ"ı Bilbaoda nə gözləyir?
-
Hadisə11:40
“Bakubus” avtobusu bulvara girdi - VİDEO
-
Nida Xəbər 11:22
Hikmət Hacıyev İlham Əliyevin Astana səfərindən paylaşım etdi - VİDEO
-
MDB10:24
Həbsxanada olan general ağır vəziyyətdədir: Amma prezidentə müraciət etmək istəmir
-
İdman10:18
ŞOK İDDİA: Neymar baba olur - 15 yaşlı oğlu 28 yaşlı qadınla... - FOTO
-
Sosial10:12
İsa Həbibbəylinin qızının 1 milyonu oğurlandı - ŞOK dələduzluq
-
Dünya09:24
Putinin təyyarəsinin Macarıstana uçmasına heç kim mane ola bilməz: Detallar açıqlandı
-
ABŞ08:37
102 mərtəbəli göydələndə yüzlərlə çat yarandı - Foto