Ekologiya
Od çərşənbəsində 88 min ağac əkildi
Novruz bayramının ikinci çərşənbəsi olan Od çərşənbəsində meşə fondu torpaqlarında bir gündə 88015 ədəd müxtəlif növ ağac tingi əkilib.
Publika.az xəbər verir ki, bu haqda Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov məlumat verib.
O bildirib ki, bu gün Ağcabədi, İmişli, Beyləqan, Yevlax, Qəbələ, İsmayıllı, Qax, Balakən, Göygöl, Goranboy, Ağstafa, Sabirabad, Kürdəmir, Şabran, Quba, Yardımlı və Lerik rayonlarının meşə fondu ərazilərində ağacəkmə tədbirləri keçirilib:
“Əkilən ağaclar Regional Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilib”.
Xidmət rəisinin sözlərinə görə, meşəbərpa və ağacəkmə tədbirləri respublikanın bütün rayonlarını əhatə edir və hər bölgənin iqlim şəraitinə uyğun müxtəlif ağac tingləri əkilir, toxumlar səpilir.
-
Sosial08:3714 yaşlı qızın toyunun qarşısı alındı - Valideynlərdən biri həbs edildi
-
Sosial08:10Bakıda ucuz evlər satışa çıxarılır - Bunları mütləq bilməlisiniz
-
İdman07:15Neymar Nyu-york küçələrində sevgilisi ilə belə gizləndi - FOTO/VİDEO
-
Magazin206:46Burakın alacağı qonorar heyrətləndirdi
-
MDB04:30"Qiyamət radiosu" bir gündə 4 mesaj yaydı
-
Qoroskop01:40Günün ulduz falı: Maddi qərarlarda tələsmək məsləhət deyil
-
Nida Xəbər 15 Dekabr 22:54"Ramiz Mehdiyevin ardınca iki yüksək vəzifəli şəxs də həbs olunacaq" - Zirəddindən PROQNOZ
-
Region15 Dekabr 22:40Türkiyənin hava məkanını pozan PUA VURULDU















.jpg)













.webp)









