Ekologiya
Bu gün leysan və qar yağacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında dekabrın 15-də havanın bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.
Bu barədə Publika.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Məlumata görə, gündüz yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 2-4° isti, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti, əsasən, yağmursuz olacaq. Lakin gecə və səhər bəzi şərq rayonlarında arabir yağıntılı olacağı, axşam isə dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-10° isti, dağlarda gecə 0-5 şaxta, gündüz 2-7° isti olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlaması ehtimalı var.
-
Cənubi Qafqaz22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin122:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin220:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO
-
İdman19:12“Barselona”dan ən yaxşı start - 111 illik rekord təkrarlandı
-
MDB18:36Milyarder xanımının “Porsche”si qəzaya uğradı - VİDEO



















.webp)













.jpg)


