Ekologiya
Alimlər "ölümsüz ağac"la bağlı bu sirri açıqladılar
Alimlər qədim baobab ağaclarının mənşəyinin sirrini açıqlayıblar.
Publika.az xəbər verir ki, DNT araşdırmalarına görə, bu ağaclar ilk dəfə 21 milyon il əvvəl Madaqaskarda peyda olub. Onların toxumları daha sonra okean cərəyanları tərəfindən Avstraliyaya, eləcə də Afrikaya aparılaraq burada müxtəlif növlərə çevrilib.
Tədqiqatçılar nəsli kəsilmək üzrə olan ağacları qorumaq üçün daha çox diqqətli olmağa çağırış ediblər: “Biz müxtəlif heyvan və bitki növlərini, eləcə də insanları dəstəkləyən simvolik növ olan baobab ağacının mənşəyini dəqiq müəyyənləşdirə bildik. Və bu məlumatlar bizə onları qoruyub saxlamağa və gələcəklərini təmin etməyə kömək edəcək yeni mühüm məlumatlar əldə etməyə imkan verdi”.
Baobabın 8 növü tədqiq edilib. Məlum olub ki, onlardan altısı Madaqaskarda, biri Afrikada, digəri isə Avstraliyanın şimal-qərbində yayılıb.
Alimlər nəsli kəsilməkdə olan iki Malaqas növünün, o cümlədən Madaqaskarın ən böyük və ən məşhur nəhəng baobabının mühafizə statusunun yaxşılaşdırılmasına çağırış ediblər.
Baobablar qeyri-adi forması və davamlılığına görə "həyat ağacı" və ya "baş aşağı ağac" kimi tanınır. Həmçinin ona "ölümsüz ağac" da deyirlər. İqlim dəyişikliyi və geniş meşələrin qırılması səbəbindən onlar hazırda ağır vəziyyətdədirlər.
Baobablar minlərlə il yaşaya bilir, nəhəng ölçülərə qədər böyüyür və quru mövsümlərdə sağ qalmaq üçün gövdələrində böyük miqdarda su saxlamağa qadirdilər.
Cəmilə
-
İqtisadi gündəm00:45Qiymətli metallar kəskin bahalaşdı
-
Qoroskop00:15Günün ULDUZ FALI - Səma sizə güclü bir həqiqəti pıçıldayır
-
Sosial14 Aprel 23:36Bulvarda gülləri əzənlər məşhur bloqerlər imiş - Adlar
-
İdman14 Aprel 23:00Millimizdən növbəti qələbə
-
Magazin114 Aprel 22:36Xalq artistinin oğlu ABŞ pasportu aldı - FOTO
-
Sosial14 Aprel 21:12Bakı litvalı fotoqrafın gözü ilə... - FOTO
-
Səhiyyə14 Aprel 20:30TƏBİB-in yeni icraçı direktoru kimdir? - DOSYE
-
İKT14 Aprel 19:36Qaban ovlayan robot internet ulduzuna çevrildi - VİDEO







































