Ekologiya
Növbəti “Sıfır Tullantı” həmrəylik marafonu Kür çayının sahilində keçirildi
Qırmızı Ürəklər Fondu Kapital Bank-ın 150 illik yubileyi münasibətilə başlatdığı “Sıfır Tullantı” marafonu davam edir. İnsanlara ətraf mühitin mühafizəsinə qarşı həssaslığı artırmağa və təbiəti qorumağa hədəfləyən layihə bu dəfə Yevlax rayonunun Varvara kəndində Kür çayının sahilində həyata keçirib.
Marafonda bankın “Mərkəzi Aran” iqtisadi rayonunu əhatə edən filial şəbəkəsindən 50-dən çox könüllü iştirak edib.
Tədbir zamanı ərazi 753 kq plastik və zərərli tullantılardan təmizlənib.
Marafon çərçivəsində fikirlərini bildirən Qırmızı Ürəklər Fondunun vitse-prezidenti Nihad Salmanlı bu göstəricilərin ətraf mühitin qorunması və təmizliyinə dəyərli töhfə olduğunu qeyd edib. “Təbiətin mühafizəsi Fond olaraq bizim əsas istiqamətlərimizdən biridir. Bu yolda bizə dəstək olan bütün könüllülərimizə minnətdaram. Biz gələcək nəsillərimizə daha sağlam bir dünya miras qoymaq üçün toplanmışıq. Bunun üçün insanların məlumatlı olmaları, şəxsi məsuliyyətlərini dərk etmələri, təbiəti qorumağa elə öz ətraflarından başlamaları yetərlidir.
Qeyd edək ki, “Red Hearts”- Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”- ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil olmaq kifayətdir.
-
Qoroskop00:45Günün ulduz falı: Sevgidə qərar anıdır...
-
ABŞ24 Aprel 22:32Pentaqon yaxınlığında faciə: 23 yaralı var - İdarənin əməkdaşları da xəsarət aldı
-
İqtisadi gündəm24 Aprel 20:48Bu şirkətin Azərbaycandakı filialı ləğv olunur - Görün səbəb nə imiş
-
Kriminal24 Aprel 19:10Abşeronda böyük əməliyyat: 17 nəfər saxlanıldı - Video
-
Nəqliyyat24 Aprel 18:40Bakıda axşam tıxacı
-
Sosial24 Aprel 17:17Prokurorluq Gəncə İH-də araşdırma aparıb? - MEDİA
-
Avropa24 Aprel 16:47Avropada rus "ov"u başladı: Şəxsi məlumatlar toplanır, "qara siyahı" hazırlanır
-
Sosial24 Aprel 15:47Əli Əsədov əmr imzaladı







































