100 min muzdlu göndərilir: İrəvanda qan töküləcək - Kremlin dəhşətli planı üzə çıxdı
Bizi izləyin

Cənubi Qafqaz

100 min muzdlu göndərilir: İrəvanda qan töküləcək - Kremlin dəhşətli planı üzə çıxdı

100 min muzdlu göndərilir: İrəvanda qan töküləcək - Kremlin dəhşətli planı üzə çıxdı

Ermənistanda 7 iyunda keçiriləcək parlament seçkilərindən öncə siyasi qarşıdurma kəskinləşir. Əsas müzakirə mövzularından biri isə Rusiyanın bu seçkilərdə Ermənistanla bağlı planlarının nədən ibarət olmasıdır. Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə keçirilən 1 aprel görüşü Moskva-İrəvan xəttində “soyuq müharibə”nin olduğunu göstərirdi. Görüşdən sonra Rusiya baş nazirinin müavini Aleksey Overçukun TASS-a verdiyi müsahibədə səsləndirdiyi sərt ifadələr də bunun real nümunələrindən hesab oluna bilər. Bu kontekstdə bir sual önə çıxır: Moskva İrəvanda nə planlaşdırır, Putin Paşinyanı devirəcəkmi, yoxsa?

Publika.az
xəbər verir ki, Ermənistan Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri David Şahnazaryanın bu haqda fikirləri xüsusilə diqqət çəkir.

Şahnazaryan hesab edir ki, hazırda Rusiyanın Ermənistanla bağlı tamamilə fərqli gündəmi var: “Overçukun müsahibəsindən aydın görünür ki, Rusiya Ermənistanla bağlı məkrli planlar qurur. Bu plan nədən ibarətdir? Təbii ki, Paşinyanı əvəz etmək üçün heç bir plan yoxdur. Əgər Moskva Rusiyapərəst bir qüvvəni hakimiyyətə gətirərsə, Ermənistana nəsə verməli olacaq. Əksinə, məhz indi Rusiyapərəst qüvvələrdən daha çox şey əldə etməlidir. Moskvanın iki planı var.
Birincisi, ABŞ-ın İran müharibəsinə görə düşdüyü geosiyasi çətinlikdən istifadə edərək, 2020-ci il 10 noyabr razılaşmasının 9-cu bəndini, yəni Zəngəzur planını həyata keçirməkdir.
İkincisi, Ermənistanla Avropa İttifaqı arasındakı bütün əlaqələri tamamilə kəsməkdir. Nəticədə Ermənistanı Belarusla ittifaqa məcbur etmək, Avropa müşahidəçilərini bölgədən uzaqlaşdırmaq istəyirlər. Bu prosesdə Paşinyan hakimiyyətdə qalmalıdır”.

Şahnazaryan düşünür ki, Paşinyanın Ermənistanı Avropa İttifaqına aparmaq üçün real şansı yoxdur.

“Rusiyada yaşayan minlərlə erməninin səs vermək üçün ölkəyə gətirilməsi planlaşdırılır. Bu, Kremlin planıdır. Söhbət hər birinə 100 min rubl veriləcək 100 min erməninin İrəvana gətirilməsindən gedir. Hər bir erməni də seçki məntəqələrinə iki, yaxud üç nəfər gətirməlidir ki, Samvel Karapetyanın partiyasına səs versinlər. Lakin bu, Ermənistanda hökuməti dəyişmək məqsədilə edlmir. Əslində 100 min ermənini Rusiyadan gətirmək mümkün olmayacaq, amma 30 min nəfərin gətirilməsi realdır. Bu, seçkilərin taleyini həll etmir, əvəzində sabitliyi pozmaq üçün yetərlidir. Onlar seçkilərdən sonra küçələrə axışaraq, gərginlik yaradacaq və hakimiyyəti güc tətbiq etmək məcburiyyətində qoyacaqlar. Yəni qan tökülməsini təmin etmək üçün ikinci “1 mart” təşkil edəcəklər”, - o deyib.

Onun fikrincə, İrəvanda qanlı toqquşmadan sonra Ermənistanın Avropa yolu bağlanacaq və Paşinyan bütün şərtləri – Rusiya-Belarus ittifaqına qoşulmağı, Zəngəzur dəhlizində Moskva ilə işləməyi qəbul edəcək: “Rusiya ciddi geosiyasi əks-hücumla Cənubi Qafqaza qayıtmaq üstünlüyü əldə edəcək, bundan sonra Bakı və Ankaraya “Sünik (Zəngəzur) mənimdir, dəhlizlə bağlı danışıqları mənimlə aparın, Paşinyanla yox” deyəcək”.

Şahnazaryan hesab edir ki, Rusiyadan gətirilən ermənilər toqquşmaya meyilli deyil. Qeyd edir ki, əsas toqquşmanı Ukraynaya qarşı Rusiya tərəfindən döyüşən bir neçə yüz erməni təşkil edəcək.

“Onlar qeyri-stabillik yaradacaq, hakimiyyəti qan tökməyə məcbur edəcəklər. Bu, əsl təxribatdır. Mən bunları Rusiyanın məkrli planlarının qarşısını almaq üçün deyirəm. Bu təxribat planı seçkilərdən dərhal sonra – 8-9 iyunda həyata keçiriləcək. Lakin hakimiyyətin bunun qarşısını almaq potensialında olduğundan əmin deyiləm. Onlar nə edəcəklərini bilmirlər. Düşünürəm ki, çıxış yollarından biri Ermənistanda daimi yaşamayan, lakin seçkilərdən ən azı bir ay əvvəl ölkədə olan vətəndaşlara səs vermək icazəsinin yaradılmasıdır. Bu, miqrant işçi axınını aradan qaldıracaq”, - Şahnazaryan vurğulayıb.

Erməni politoloq Stepan Qriqoryan da hakimiyyətə təhlükənin olduğu xəbərdarlığını edib.

Qriqoryan iddia edir ki, Moskva Rusiyapərəst qüvvələrə səs vermək üçün Ermənistana qruplar göndərməyi planlaşdırır: “Bu qruplar toqquşmalar yaradacaq və polislə qarşıdurmaya gedəcəklər”.

Erməni politoloq hesab edir ki, müxalifət seçkilərdə qalib gələrsə, Azərbaycanla yeni müharibə başlayacaq, yekunda Ermənistan əyalətə çevriləcək.

Müəllif: Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm