Dünya
Çin-ABŞ müharibəsi başlayır, Pekin hərbi gəmiləri Hörmüzə göndərdi - “Qırmızı xətt” keçildi
Pekin ABŞ hərbçilərinin İrana məxsus "Touska" yük gəmisini ələ keçirməsinə sərt və gözlənilməz cavab verib. Çin nümayişkaranə şəkildə Hörmüz boğazına bir esmines və bir freqat da daxil olmaqla üç hərbi gəmisini göndərib.
Publika.az xəbər verir ki, bu addım Çindən yola düşən gəminin ABŞ tərəfindən saxlanılmasına birbaşa reaksiya hesab olunur.
Hərbi ekspertlər bu gedişi "yaxşı düşünülmüş aksiya" adlandırırlar. Bildirilir ki, Pekin bu yolla Fars körfəzi zonasında öz ticarət marşrutlarını və iqtisadi maraqlarını qorumaq əzmində olduğunu dünyaya nümayiş etdirir. Çin dənizçiləri bu marşruta yaxşı bələddirlər və bölgədəki tankerlərinin təhlükəsizliyini təmin etmək niyyətindədirlər.
Ekspertlərin fikrincə, enerji daşıyıcılarının fasiləsiz tədarükü Pekin üçün həyati əhəmiyyət kəsb edir. Buna görə də Çin diplomatik səylərini real hərbi güclə möhkəmləndirir. Qeyd olunur ki, Çin gəmilərinə hücum ABŞ-ın keçməyə cürət etməyəcəyi "qırmızı xətt"dir.
Xatırladaq ki, bir qədər əvvəl ABŞ Prezidenti Donald Tramp Çindən gələn İrana məxsus "Touska" gəmisinin ələ keçirildiyini açıqlamışdı. O, gəmidə "məxfi yük" olduğunu desə də, təfərrüatları açıqlamamışdı. Artıq Çin Xarici İşlər Nazirliyi insidentlə bağlı ciddi narahatlığını ifadə edib.
Müəllif: Adəm
-
Dünya11:50Avropa liderləri bu ölkədə toplandı: Ərəblər də gəldi - Nələr müzakirə olunur?
-
Sosial11:45Bakıda məktəbli qız özünə xəsarət yetirdi - VİDEO
-
ABŞ10:06Tramp İran gəmisindəki “məxfi yük”dən danışdı: Çinlə bağlı sürpriz açıqlama
-
Nida Xəbər 10:00Azərbaycanda vəzifəli şəxslər həbs edildi - Aralarında rəislər də var
-
İdman09:44"Santyaqo Bernabeu" korta çevrildi: Ulduzlar rəqib, Peres hakim oldu - VİDEO
-
Hadisə09:03Qobustanda torpaq çökdü: Ölən və yaralı var - VİDEO
-
ABŞ07:47Trampdan KRİTİK AÇIQLAMA - “Ölkələrinə kimin rəhbərlik etdiyini belə bilmirlər”
-
İKT07:30Smartfonu kilidləməyin ən etibarlı yolu
















.jpg)

















