Ekologiya
Paytaxtdakı toz dumanının səbəbi bu imiş - Ekspert açıqladı
Bakıda və Abşeron yarımadasının atmosferində tozlu hava şəraiti müşahidə olunur. Yayın istisində toz dumanı ilə müşayiət olunan hava kütləsinin haradan daxil olması insanları təəccübləndirib.
Publika.az "Teleqraf.com"a istinadən xəbər verir ki, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasovun sözlərinə görə, tozun əsas səbəblərindən biri Abşeron yarımadasında iqlimin quraq, bitki örtüyünün isə çox zəif olmasıdır.
Rövşən Abbasov qeyd edib ki, belə ərazilər adətən yaşıl ərazilərə nisbətən daha tez tozlanır: “Ölkəmizin ərazisinə tropik enliklərdən, Xəzər dənizinin şərq sahillərində olan Qaraqum və Qızılqum səhrasından da tozlu duman daxil olur. Bu səbəblərdən müəyyən ərazilərdə havanın keyfiyyəti pisləşir.
Digər səbəb şəhərin özündə tozun yaranmasıdır. Bura daha çox tikinti şirkətlərinin fəaliyyəti daxildir. Əvvəllər nəqliyyat sektorunun fəaliyyəti ilə havaya toz daxil olurdu. Avtomobillərdən çıxan tüstülər birləşmələr halına gələrək toza çevrilirdi. Lakin Avro-5 standartları ilə nəqliyyatdan atmosferə daxil olan tozun miqdarı əhəmiyyətli dərəcədə azaldıb”.
-
Qoroskop00:45Günün ulduz falı: Sevgidə qərar anıdır...
-
ABŞ24 Aprel 22:32Pentaqon yaxınlığında faciə: 23 yaralı var - İdarənin əməkdaşları da xəsarət aldı
-
İqtisadi gündəm24 Aprel 20:48Bu şirkətin Azərbaycandakı filialı ləğv olunur - Görün səbəb nə imiş
-
Kriminal24 Aprel 19:10Abşeronda böyük əməliyyat: 17 nəfər saxlanıldı - Video
-
Nəqliyyat24 Aprel 18:40Bakıda axşam tıxacı
-
Sosial24 Aprel 17:17Prokurorluq Gəncə İH-də araşdırma aparıb? - MEDİA
-
Avropa24 Aprel 16:47Avropada rus "ov"u başladı: Şəxsi məlumatlar toplanır, "qara siyahı" hazırlanır
-
Sosial24 Aprel 15:47Əli Əsədov əmr imzaladı







































