Ekologiya
Bu şəhərlər xəritədən silinəcək - Su altında qalma riski var
Qlobal iqlim dəyişikliyinin qarşısı alınmasa, Egey sahillərindəki qədim şəhərlərin yoxa çıxması qaçılmaz olacaq. Buzlaqların əriməsi ilə bir çox şəhərlərin, o cümlədən, tarixi yerlərin su altında qalma ehtimalı var.
Publika.az xəbər verir ki, ABŞ-ın Nyu-York şəhərindəki göydələnlərin qeyri-adi çəkilərinə görə hər il 1-2 millimetr batdığı ortaya çıxdıqdan sonra oxşar vəziyyətin Türkiyə və Yunanıstanın qədim şəhərləri üçün də baş verdiyi üzə çıxıb.
Türk professor Enes Zenginin apardığı araşdırmaya görə, 55 tarixi yer “çox yüksək” və ya “yüksək” risk altındadır. Xüsusilə Türkiyənin Muğla bölgəsindəki Knidos və Kaunos antik şəhərləri və İzmirin Perqamon şəhərindəki “Elaia” Antik Liman şəhəri çox yüksək risk altında olan tarixi ərazilər arasındadır.
Hətta ən müsbət ssenaridə belə bu ərazilərin qismən və ya tamamilə su altında qalması qaçılmazdır.
Eyni zamanda Efes, Milet Antik Şəhəri və Güvercin Adası qalası, İzmirdəki Klazomenai xarabalıqları, Antalyanın Olimpos və Patara qədim şəhərləri qismən və ya tamamilə su altında qalacaq.
Araşdırmaya əsasən, Türkiyə və Yunanıstanın Şərqi Aralıq dənizi sahillərindəki ümumən 464 tarixi məkanı risk altındadır.
Roza Şəfiyeva
-
Kriminal19:10Abşeronda böyük əməliyyat: 17 nəfər saxlanıldı - Video
-
Nəqliyyat18:40Bakıda axşam tıxacı
-
Sosial17:17Prokurorluq Gəncə İH-də araşdırma aparıb? - MEDİA
-
Avropa16:47Avropada rus "ov"u başladı: Şəxsi məlumatlar toplanır, "qara siyahı" hazırlanır
-
Sosial15:47Əli Əsədov əmr imzaladı
-
ABŞ14:52Pentaqonun məxfi sənədlərində ABŞ-ın NATO-dan çıxması haqda nələr var?
-
Avropa14:28Makron adada bəyan etdi: Siyasətdən gedir
-
Rəsmi xronika13:40İlham Əliyev fərman imzaladı







































