Ekologiya
Şahdağa qar yağdı
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Publika.az Milli Hidrometeorologiya xidmətinə istinadən xəbər verir ki, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Şahdağın 3000 metrdən yüksək dağlıq ərazilərinə qar yağıb.
Düşən yağıntının miqdarı Qrız, Gədəbəydə 10 mm, Tərtər, Şahdağda 8 mm, Göygöl, Şəki, Daşkəsəndə 7 mm, Ağdam, Balakən, Qəbələ, Qax, Quba, Qusarda 6 mm, Bərdə, Göyçay, Gəncə, Biləsuvar, Zaqatala, Tovuz, Şahbuzda 5 mm, Yevlax, Xınalıq, Altıağac, Şəmkir, Zərdab, Qobustan, Mingəçevir, Beyləqan, İsmayıllı, Xaltan, Sədərək, Naxçıvan, Naftalan, Ceyrançöl, Xaçmaz, Ağstafa, Oğuz, Ağsu, Goranboy, Şamaxı, Şabran, Kürdəmir, Sabirabad, Astarada 4 mm-dək, Bakıda və Abşeron yarımadasında - Pirallahıda 8 mm, Bakıda 4 mm, Sumqayıt, Maştağa, Binə, Çilov Adasında 1 mm-dək olub.
Sarı xəbərdarlığa uyğun olaraq, qərb küləyi arabir Naftalanda 24 m/s, Goranboyda 23 m/s, Şahdağda arabir 20 m/s, Bərdədə 16 m/s, Bakıda və Abşeron yarımadasında isə 21 m/s-dək güclənib.
Göygöl, Daşkəsən, Göyçay, Qusar, Qrız, Şəmkir, Lerikdə duman müşahidə olunub.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR-da 26, Aran rayonlarında 25, dağlıq rayonlarda 17 dərəcəyədək isti qeydə alınıb.
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi
-
Art09:36
Azərbaycanda aktyor vəfat etdi - Foto