Ekologiya
Bakıda yaşayış binalarında su çənlərinin təmizlənməsinə nəzarət edilir? - AÇIQLAMA - VİDEO
Binaların damındakı su çənlərinin əksəriyyəti illərlə istifadə olunsa da, təmizlənmir. Yeni tikili binaların su anbarları təmizlənməsi ilə bağlı da ciddi problemlər var.
Publika.az xəbər verir ki, Xezerxeber.az-ın xəbərinə görə, ekspertlər deyirlər ki, binaların ehtiyat su anbarları azı ildə bir dəfə yuyulmalı olduğu halda, MTK-lar bəzən illərlə bu məsələyə biganə yanaşırlar.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin həkim-gigiyenisti Ziyəddin Kazımov "Xəzər Xəbər"ə müsahibəsində qeyd edib ki, binalarda yerləşən su anbarları ildə bir dəfə dezinfeksiya olunmalı və yuyulmalıdır. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən bununla bağlı məcburi tələb var.
Ziyyəddin Kazımov qeyd edib ki, sakinlər özləri də sağlamlıqları üçün bunu MTK-dan tələb etməlidirlər. Çünki vətəndaşlar kommunal xidmət haqlarını, binanın saxlanması xərclərini ödəyirlər. Bir çox binalar MTK-lar tərəfindən idarə olunduğuna görə, bu məsələlərə diqqət yetirilmir.
Binaların damındakı və digər su çənlərinə nəzarət mexanizminə gəlincə, Ziyəddin Kazımov qeyd edib ki, bu, vətəndaşların şəxsi müraciəti əsasında reallaşdırılır.
Ziyəddin Kazımov onu da əlavə edib ki, su çənləri uzun müddət dezinfeksiya olunmadıqda mədə-bağırsaq sistemi xəstəliklərinə səbəb ola bilər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
-
Sosial20:48Bakıda yeni park salınır: 49,5 milyon manata başa gələcək - Bəzi tikililər söküləcək
-
İnanc20:12Bayram namazının vaxtı açıqlandı
-
Nəqliyyat18:20Bu yolda çökmə oldu: sürücülərin nəzərinə!
-
Sosial17:52Yer kürəsində dalğalanma başladı: Təhlükəli saatlarla bağlı xəbərdarlıq edildi
-
Sosial16:26Əsgəran Silah Muzeyi yaradılır
-
Rəsmi xronika15:52İlham Əliyev Qazaxıstanda təməlqoyma mərasimində iştirak etdi
-
Sosial14:42Əli Əsədov “Bakı Metropoliteni” ilə bağlı sərəncam imzaladı
-
MDB14:07Bu türk dövlətində məmurlara işə pencəksiz gəlməyi əmr etdilər - Səbəb nədir?

































.jpg)



