Ekologiya
Sabahın PROQNOZU - Yağış yağacaq
Oktyabrın 8-də Bakıda hava şəraitini yağmursuz keçəcəyi, bəzi rayonlara yağış yağacağı gözlənilir.
Bu barədə Publika.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-20° isti, gündüz 23-28° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % olacaq.
Qeyd olunub ki, Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 14-18° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.
-
Sosial20:48Bakıda yeni park salınır: 49,5 milyon manata başa gələcək - Bəzi tikililər söküləcək
-
İnanc20:12Bayram namazının vaxtı açıqlandı
-
Nəqliyyat18:20Bu yolda çökmə oldu: sürücülərin nəzərinə!
-
Sosial17:52Yer kürəsində dalğalanma başladı: Təhlükəli saatlarla bağlı xəbərdarlıq edildi
-
Sosial16:26Əsgəran Silah Muzeyi yaradılır
-
Rəsmi xronika15:52İlham Əliyev Qazaxıstanda təməlqoyma mərasimində iştirak etdi
-
Sosial14:42Əli Əsədov “Bakı Metropoliteni” ilə bağlı sərəncam imzaladı
-
MDB14:07Bu türk dövlətində məmurlara işə pencəksiz gəlməyi əmr etdilər - Səbəb nədir?

































.jpg)



