“Beşiktaş” Bundesliqa klubu ilə danışıqlara başlayır
Bizi izləyin

İdman

“Beşiktaş” Bundesliqa klubu ilə danışıqlara başlayır

“Beşiktaş” Bundesliqa klubu ilə danışıqlara başlayır

“Beşiktaş” qış transfer pəncərəsində heyətinə qatmaq istədiyi futbolçu ilə bağlı danışıqları sürətləndirir. İstanbul təmsilçisi Almaniyanın “Leypsiq” klubunda çıxış edən belçikalı cinah oyunçusu Yohan Bakayokonu transfer etməyi planlaşdırır.

Publika.az xəbər verir ki, “Fanatik” nəşrinin məlumatına görə, “Beşiktaş”ın futbol direktoru Önder Özen yaxın günlərdə Almaniyaya səfər edəcək. Onun 23 yaşlı futbolçunun mümkün transferi ilə bağlı “Leypsiq” rəhbərliyi ilə üzbəüz görüşəcəyi gözlənilir. Danışıqlarda əsasən icarə şərtlərinin müzakirə olunacağı bildirilir.

“Qara qartallar” qış fasiləsində sağ cinahda dəyişiklik etməyə hazırlaşır. Klubun Milot Raşiça və Vatslav Çerni ilə yollarını ayırmaq ehtimalı bu mövqeyə yeni oyunçu axtarışını aktuallaşdırıb. Bakayokonun transferi reallaşarsa, o, sol cinahda çıxış edən həmyerlisi Leandro Trossardla birlikdə komandada yer ala bilər.

Bakayoko ötən mövsümün əvvəlində PSV-dən 18 milyon avroya “Leypsiq”ə keçib. Lakin belçikalı futbolçu Almaniya klubunda hələlik gözlənilən oyun vaxtını ala bilmir. O, cari mövsümdə cəmi 4 matçda meydana çıxıb və ümumilikdə 149 dəqiqə oynayıb.

“Leypsiq”in futbolçunu icarəyə verməyə müsbət yanaşdığı iddia olunur. 2030-cu ilin yayına qədər müqaviləsi olan Bakayokonun bazar dəyəri isə təxminən 20 milyon avro göstərilir.

Digər tərəfdən, Almaniya klubunun maliyyə çətinlikləri səbəbindən 100 milyon avroluq futbolçu satışı həyata keçirməli olduğu barədə xəbərlər yayılıb. Bu iddia təsdiqlənərsə, Bakayoko da daxil olmaqla, bir sıra oyunçuların qış transfer dövründə komandadan ayrılması gündəmə gələ bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm