Dünya
Nigeriyada gəmi qəzası: 50-dən çox insan öldü
Nigeriyanın cənubundakı Bayelsa ştatında sərnişin gəmisinin aşması nəticəsində azı 50 nəfərin həlak ola biləcəyi ehtimal edilir.
Publika.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
Hadisə Niger çayının deltasındakı qollardan birinin yaxınlığında baş verib. Gəmi bölgədə bir neçə gün əvvəl baş vermiş oxşar qəzada həlak olanların dəfn mərasiminə gedən sərnişinləri daşıyırmış. Ekspertlər faciənin əsas səbəblərindən biri kimi gəminin həddindən artıq yüklənməsini göstərirlər.
İlkin məlumatlara əsasən, gəmidə təxminən 300 nəfər olub, onlardan 24-ü xilas edilib. İndiyədək 50-dən çox meyit aşkarlanaraq morqa aparılıb, digər sərnişinlərin taleyi isə hələlik məlum deyil.
Axtarış-xilasetmə işləri davam etdirilir.
-
Səhiyyə21 Noyabr 23:36Milyonlarla insanı maraqlandıran sualın cavabı tapıldı - Bel ağrısının səbəbi nədir?
-
Region21 Noyabr 23:24Türkiyə Yəmənə ordu yeridəcək? - Hakan Fidandan açıqlama
-
Sosial21 Noyabr 22:12Gənc hüquqşünas vəfat etdi
-
Magazin121 Noyabr 21:12Natavan bu fotoları evində çəkdirir - VİDEO
-
Səhiyyə21 Noyabr 21:00Sevinc Maniyeva vəfat etdi
-
Qoroskop21 Noyabr 20:36Noyabrın sonunda üç bürcün həyatı yaxşılaşacaq
-
Nida Xəbər 21 Noyabr 19:48Qara Qarayev “Vyetnam süitası”nı bəstələyib, Əjdər İbrahimov orada çalışıb
-
Hadisə21 Noyabr 19:12Məktəbli qız itlərin hücumundan son anda xilas oldu - Anbaan görüntülər

















.jpg)


















