Müavinət və təqaüdlərlə bağlı yeni rəqəmlər - Pensiyaçılara təsir edəcək
Bizi izləyin

Sosial

Müavinət və təqaüdlərlə bağlı yeni rəqəmlər - Pensiyaçılara təsir edəcək

Müavinət və təqaüdlərlə bağlı yeni rəqəmlər - Pensiyaçılara təsir edəcək

2026-cı ilin oktyabr ayına olan məlumata görə, Azərbaycanda aylıq sosial müavinət və təqaüd alanların ümumi sayı 887 min nəfəri ötüb. Onlardan 479 min nəfərdən çoxu sosial müavinət, 407 mindən çoxu isə təqaüd alır. Bu rəqəmlər ölkədə sosial ödənişlərdən faydalanan vətəndaşların sayının kifayət qədər yüksək olduğunu göstərir.

Sosial müavinət və təqaüd alanların sayındakı artım gələcəkdə ödənişlərin məbləğinə təsir edə bilərmi? Bu artım müavinət və təqaüdlərin indeksləşdirilməsi, yəni artırılması imkanlarını necə dəyişir?

Publika.az xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Elçin Rəşidovun sözlərinə görə, sosial müavinət və təqaüd alanların sayının artması onlara ayrılan vəsaitin həcminə təsir göstərir:

“Bu ödənişlər müəyyən yaş həddindən sonra verilsə də, hesablanma qaydaları fərqlidir. Məsələn, pensiyanın məbləği şəxsin pensiya kapitalının formalaşıb-formalaşmamasından asılıdır. Bu kateqoriyadan olan şəxslərin sayı nə qədər az olarsa, ayrılan vəsaitin hər bir şəxsə düşən payı bir o qədər çox olar. Eyni məbləğin daha az insan arasında bölüşdürülməsi, təbii ki, onların ödənişlərinin indeksləşdirilməsi və artırılması imkanlarına da təsir edir”.

İqtisadçı bildirib ki, bu məsələdə gənc əhalinin sayını da nəzərə almaq lazımdır:

“Azərbaycanda doğum səviyyəsinin getdikcə azalması gələcəkdə əmək qabiliyyətli əhalinin sayına və əmək bazarına mənfi təsir göstərə bilər. Eyni zamanda, iqtisadi inkişaf göstəriciləri də mühüm amildir.

Son dövrlərdə Azərbaycanın iqtisadi inkişaf tempi qonşu ölkələrlə müqayisədə ardıcıl olaraq geridə qalır, qiymətlər isə sürətlə artır. Bu vəziyyət xüsusilə həssas əhali qrupuna, o cümlədən yaşlı insanların maddi vəziyyətinə mənfi təsir göstərir və gələcəkdə onların sosial durumunu daha da çətinləşdirir.

Digər tərəfdən, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) kəsirinin bağlanması üçün dövlət büdcəsindən, dolayısı ilə Dövlət Neft Fondundan da vəsait ayrılır. Bu isə fondun neft gəlirlərindən asılılığının hələ də yüksək olduğunu göstərir. Neft erasının başa çatması ilə DSMF üzərində əlavə maliyyə yükü yarana bilər. Təəssüf ki, bu yükün nəticələri son nəticədə həssas əhali qruplarının, xüsusilə də pensiyaçıların üzərinə düşə bilər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm