Sosial
Emin Ağalarov: Təhlükəsizlik tədbirləri yenidən yoxlanılacaq və gücləndiriləcək
Sea Breeze ərazisindəki akvaparkda baş verən bədbəxt hadisə nəticəsində bir uşaq həyatını itirib.
Publika.az xəbər verir ki, bu barədə “Sea Breeze”in sahibi və təsisçisi, “Agalarov Development”in prezidenti Emin Ağalarov açıqlama yayıb.
O, hadisə ilə bağlı uşağın ailəsinə başsağlığı verib:
“Şəxsən öz adımdan və bütün "Sea Breeze" komandası adından ailəyə ən dərin və səmimi başsağlığımı bildirirəm. Belə bir məqamda valideynlərin və yaxınlarının ağrısını yüngülləşdirə biləcək söz tapmaq mümkün deyil”.
Emin Ağalarov bildirib ki, hazırda hadisənin bütün halları araşdırılır. O, uşağın hovuzun texniki zonasına – qoruyucu hasarların arxasında su nasoslarının işlədiyi əraziyə necə düşdüyünün müəyyənləşdirildiyini qeyd edib.
“Biz öz tərəfimizdən istintaqa hərtərəfli yardım göstəririk”, - deyə o vurğulayıb.
E.Ağalarovun sözlərinə görə, uşaqların və böyüklərin təhlükəsizliyi "Sea Breeze" üçün hər zaman əsas prioritet olub və olaraq qalır.
“Kurortun bütün əraziləri və obyektləri Fövqəladə Hallar Nazirliyi və aidiyyəti qurumlar tərəfindən mütəmadi olaraq yoxlanılır. Akvapark üçüncü mövsümdür fəaliyyət göstərir və bu müddət ərzində 350 mindən çox qonaq qəbul edib.
Baş vermiş hadisə ilə əlaqədar bütün təhlükəsizlik tədbirləri əlavə olaraq yenidən yoxlanılacaq və gücləndiriləcək.
"Sea Breeze" komandası və şəxsən mən ailəyə bütün lazımi dəstəyi və yardımı göstərəcəyik”, - deyə Emin Ağalarov bildirib.
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO






.jpg)
















.png)


.jpg)












