Ekologiya
Bu ərazilərə qar yağdı
Sentyabrın 12-si saat 9:00-a olan məlumata əsasən Azərbaycanda yağıntılı və küləkli hava şəraiti davam edir. Yağıntılar bəzi yerlərdə leysan xarakterli intensiv və güclü olub, dolu düşüb.
Bu barədə Publika.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Yüksək dağlıq ərazilərə - Şahdağ, Laçın və Kəlbəcərdə isə qar yağıb.
Düşən yağıntının miqdarı Qusarda 71, Qubada 63, Sarıbaşda (Qax) 49, Qəbələdə 40, Kürdəmirdə 30, Gədəbəydə 28, Zərdabda 25, Ağdam və Oğuzda 23, Xınalıqda 20, Şəkidə 19, İsmayıllıda 18, Naxçıvanda 16, Bərdə və Yevlaxda 15, Şabran, Beyləqan və Tərtərdə 14, Naftalan və Şahbuzda 13, Daşkəsəndə 12, Xaltan, Şamaxı və Göygöldə 11, Ağsu, Zaqatala, Altıağac, Göyçay, Mingəçevir, Balakən, Şərur, Gəncə, İmişli, Qobustan, Culfa, Tovuz, Şəmkir, Sabirabad, Goranboy, Sədərək, Qrız, Ordubad, Lerik, İsmayıllı, Ceyrançöl, Cəlilabad, Biləsuvar, Qubadlı, Şuşa, Xocalı, Füzulidə 10 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək qeydə alınıb.
Yağan intensiv leysan yağışlar nəticəsində Zaqatala rayonu ərazisindən keçən Talaçaydan sel keçir.
Sentyabrın 11-də Gədəbəy rayonunun Söyüdlü kəndinə diametri 4-6 mm olan dolu düşüb.
Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında 28, Naftalan və Neftçalada 20, Culfada 19, Sabirabadda 17, Şamaxı və Yevlaxda 16 m/s-dək güclənir.
-
Ekologiya03:44Bu gecə “qovuşurlar” - Azərbaycandan da görünəcək
-
Hadisə01:40Şadlıq sarayının qarşısında kütləvi dava: saxlanılanlar var - Video/Yeniləndi
-
Qoroskop01:20Günün ulduz falı: Maddi məsələlər ön planda olacaq
-
Qarabağ 8 İyun 21:26Şuşada bunu etmək qadağan edilir
-
Ekologiya8 İyun 19:504 gün yağış yağacaq - Xəbərdarlıq
-
Sosial8 İyun 19:10Kimlərə güzəştli kreditlər veriləcək?
-
Dünya8 İyun 18:20İsrail Trampın xahişi ilə İrana hücumları dayandırdı
-
Rəsmi xronika8 İyun 17:23İlham Əliyev sərəncam imzaladı

































