Ekologiya
ADB ilə Hövsanda tullantı sularının təmizlənməsinə dair saziş imzalandı
Asiya İnkişaf Bankı (ADB) və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) arasında ölkənin ən böyük obyektlərindən biri olan Hövsan Tullantı Sularının Təmizlənməsi Qurğusu üzrə PPP (Dövlət-Özəl Tərəfdaşlığı) üzrə Texniki Yardım Sazişi (TAS) imzalanıb.
Publika.az xəbər verir ki, sənəd ADSEA-nın sədri Zaur Mikayılov və ADB-nin Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Camal arasında keçirilən görüş çərçivəsində imzalanıb.
Bu saziş, cari ilin əvvəlində duzsuzlaşdırma zavodunun uğurla tenderə çıxarılmasından sonra Azərbaycanda hazırlanan ikinci PPP layihəsidir.
Görüş zamanı Azərbaycanda dövlət–özəl tərəfdaşlığı sahəsində əməkdaşlıq imkanları müzakirə olunub, Asiya İnkişaf Bankı ilə potensial Texniki Yardım layihələri təqdim edilib.
Xatırladaq ki, Prezident İlham Əliyev 25 dekabr 2023-cü ildə Hövsan aerasiya qurğusundan Xəzər dənizinə axıdılan tullantı sularının təmizlənməsi və təkrar istifadəsi ilə bağlı pilot layihənin həyata keçirilməsi ilə bağlı sərəncam imzalayıb. Gələcəkdə Hövsan Aerasiya Stansiyasındakı sutəmizləyici qurğuların gücünün 200 min kubmetrə qədər artırılması nəzərdə tutulub.
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO


































.jpg)


