Ekologiya
Bakı İqlim Fəaliyyəti Həftəsi başa çatdı
Azərbaycanda ikinci dəfə təşkil olunan Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW) başa çatıb.
Publika.az xəbər verir ki, 3000-ə qədər iştirakçının olduğu tədbirlərdə 25 ölkədən olan hökumət nümayəndələri, parlament üzvləri, alimlər, biznes və qadın liderlər, gənc iqlim fəalları və çoxtərəfli təşkilatların təmsilçiləri olub.
Paytaxtın 8-dən çox məkanında keçirilən 46 tədbir və sessiya, 30-dan çox mövzunu əhatə etməklə, hökumət nümayəndələrini, sabiq baş nazirləri və prezidentləri, parlament üzvlərini, alimləri, biznes və qadın liderləri, gənclər hərəkatlarını, iqlim çempionlarını, Birləşmiş Millətlər Təşkilatı, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Braziliyanın Kiçik və Orta Biznesə Dəstək Agentliyi (SEBRAE), Avropa Yenidənqurma və İnkişaf Bankı kimi beynəlxalq təşkilatları bir araya gətirib. Məqsəd Braziliyada baş tutacaq COP30-a aparan yolda dialoqu gücləndirmək və prosesə təkan vermək olub.
İqlim Həftəsinə Afrika, Asiya, Avropa və Amerikanın 25-dən çox ölkəsini təmsil edən spiker və iştirakçının qatılması həftənin beynəlxalq miqyasını nümayiş etidirib. Mövzuların genişliyi isə iqlim böhranının mürəkkəbliyini bir daha əks etdirib.
İqlim maliyyələşməsi və hesabatlılıq – ədalətli keçid üçün resursların səfərbər olunması mexanizmlərinin müzakirəsi, enerji keçidi və mobillik – bərpaolunan enerji, innovasiya və şəhər səviyyəsində həllər, adaptasiya və dayanıqlılıq – iqlim riskləri ilə mübarizədə bölgələrarası təcrübə mübadiləsi, qida sistemləri və dairəvi iqtisadiyyat – davamlı istehlak və istehsal yollarının öyrənilməsi, gender və liderlik – qadınların iqlim siyasəti və fəaliyyətində liderliyə təşviqi əsas müzakirə mövzuları olub.
İqlim Həftəsi çərçivəsində iqlim dayanıqlığı üçün institutların gücləndirilməsi, yaşıl tikinti, iqlimə davamlı aqrobiznes, yaşıl keçid və dayanıqlı moda mövzularına həsr olunmuş dəyirmi masalar təşkil olunub. Həftə ərzində ilk dəfə COP29 Dayanıqlılıq Hesabatı təqdim edildi və Azərbaycan Universitetlərinin İqlim Şəbəkəsi təsis olunub.
Gənclər seqmenti çərçivəsində Gənclər İqlim Forumu, gənc rəssamların və startapçıların daha yaşıl dünya üçün baxışlarını təqdim etdiyi "Planet üçün İncəsənət və İnnovasiya" sərgisi, tələbələri yaşıl iqtisadiyyat imkanları ilə birləşdirən Davamlı Karyera Sərgisi, həmçinin uşaqlar arasında ekoloji məlumatlılığı və inklüzivliyi artırmağı hədəfləyən "Kiçik İqlim Çempionları" tədbirləri keçirilib.
BCAW 2025 Rio İqlim Fəaliyyəti Həftəsindən sonra və COP30-dan əvvəl keçirilib. beləliklə Rio-Bakı-Belem xəttinin qlobal iddiaları necə formalaşdırdığı nümayiş olunub. Gələn ay COP sədrliyini Braziliyaya təhvil verəcək Azərbaycan üçün bu həftə sadəcə dialoq meydanı deyil, həm də iqlim mirasını möhkəmləndirmək üçün bir fürsət olub.
-
Hadisə02:19Dəhşətli qəzada həlak olan AAYDA əməkdaşının fotosu
-
Qoroskop01:20Günün ulduz falı: Keçmişlə bağlı mövzular yenidən gündəmə gələcək
-
Ekologiya00:27Günəş tutulması başa çatdı - Yeniləndi
-
Hadisə12 Avqust 22:04Bakıda avtobus yandı - Video
-
Hadisə12 Avqust 21:39AzTV-nin əməkdaşı dənizdə boğulub öldü - Foto
-
Hadisə12 Avqust 21:26Xocavənddə buldozer minaya düşdü: yaralılar var - Yeniləndi
-
Maraq dünyası12 Avqust 17:48Bu gecə üç astronomik hadisə gözlənilir: 6 planet bir sırada...
-
Cənubi Qafqaz12 Avqust 16:12Kobaxidzedən Qərbə ittiham: Gürcüstanı “ikinci cəbhə”yə çəkmək istəyirlər




































