Ekologiya
Sumqаyıt Bulvarında ağacları kəsdilər - FOTO
4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Sumqаyıt şəhəri, Dənizkənarı Bulvar ərazisində ağacların qanunsuz kəsilməsi faktı aşkar olunub.
İdarənin rəisi Asif Məcidov Publika.az-a bildirib ki, araşdırma zamanı 30 zeytun ağacının və 12 lüqustr kolunun vətəndaş Vüsalə Hüseynliyə icarəyə verilmiş torpaq sahəsində kəsildiyi və təbiətə 20 min 160 manat məbləğində ziyan dəydiyi müəyyən olunub: “Faktla bağlı akt tərtib edilib. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır”.
İdarə rəisinin sözlərinə görə, kəsilmiş ağacların əvəzinə 42 sərv ağacı əkilib. Yeni əkilən ağaclar qeydiyyata alınaraq identifikasiya etiketi vurulub. Eyni zamanda, onlara aqrotexniki qulluq göstərilməsi və mühafizə olunması məqsədilə Sumqayıt Bulvar İdarəsinə müraciət olunub.
“Vətəndaşlardan yaşıllıqlara qayğı ilə yanaşmaları, onların mühafizəsinə həssas münasibət göstərmələri və bu kimi hallarla rastlaşdıqları zaman Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “168 Çağrı Mərkəzi”nə müraciət etmələri xahiş olunur”, - deyə A.Məcidov bildirib.
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu





































.jpg)


