Ekologiya
Dünyada ən çirkli havası olan şəhərlərin adı açıqlandı - SİYAHI
İsveçrənin IQAir şirkətinin son reytinqinə əsasən, Hindistanın paytaxtı Dehli növbəti dəfə dünyanın ən çirkli şəhəri adını qazanıb.
Publika.az xəbər verir ki, bu barədə “Hindustan Times” məlumat yayıb.
Şəhərin hava keyfiyyəti indeksi (AQI) 350-yə yüksəlib və bu göstərici Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyə etdiyi normadan 3,5 dəfə çoxdur.
Dehli ilə yanaşı, Hindistan və Pakistanın bir neçə iri şəhəri də dünyanın ən çirkli şəhərlərinin ilk onluğuna daxil olub. İlk beşliyə Dehlidən başqa Lahor (Pakistan, ikinci yer), Karaçi (Pakistan, dördüncü yer), Mumbay (Hindistan, beşinci yer) və Kəlkütə (Hindistan, səkkizinci yer) daxil olub.
Bundan başqa, Pekin, Şanxay, Qvadalaxara, Ravalpindi və Çennay kimi şəhərlər də yüksək hava çirkliliyi səviyyəsinə görə siyahıya düşüb. Ekspertlərin fikrincə, bu şəhərlərdə çirklənməyə sənaye tullantıları, nəqliyyat sıxlığı, kömür yanması və atəşfəşanlıqlar əsas səbəb olur.
Hindistanda vəziyyət xüsusilə “Divali” işıqlar festivalından sonra ağırlaşır. Ali Məhkəmənin tətbiq etdiyi qadağalara baxmayaraq, sakinlərin çoxu hələ də atəşfəşanlıqdan istifadə edir.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, belə hava çirkliliyinə uzun müddət məruz qalmaq ürək-damar və tənəffüs sistemi xəstəlikləri riskini artırır.
Adəm
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu



























.jpg)







.jpg)


