Ekologiya
Sabah hava necə olacaq?
Fevralın 12-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin gecə bəzi şəhərətrafı ərazilərdə hava şəraitinin az çiskinli olacağı ehtimalı var. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-2° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 60-65 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq.
Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.
-
Rəsmi xronika14:26Prezident Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış oldu
-
ABŞ13:30ABŞ ordusu Ayın ətrafında müharibəyə hazırlaşır: Qalib gəlməliyik!
-
Hadisə12:18Rusiyanın yanacaq böhranında Azərbaycanın adı çəkildi - NƏ BAŞ VERİR?
-
Nida Xəbər 12:04Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
-
Rəsmi xronika11:44İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul etdi
-
Region11:10Paşinyandan “Qərbi Azərbaycan” açıqlaması: Ciddi bir çağırışdır
-
Rəsmi xronika11:00Prezident: Qarabağ Zəfəri Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı
-
Sosial10:54Bu xanım “Xankəndi”nin mətbuat katibi təyin edildi














.jpg)
.jpg)







.webp)












.jpg)


