Ekologiya
Fevralda 20 dərəcə isti - Bahar havası neçə gün davam edəcək?
Azərbaycanda yaxın 3 gün ərzində hava şəraitində mühüm dəyişiklik proqnozlaşdırılmır.
Publika.az xəbər verir ki, bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
O bildirib ki, fevralın 14-də Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək: “Mülayim cənub-qərb küləyi arabir güclənəcək. Fevralın 14-ü axşam isə şimal-qərb küləyi ilə əvəz olunacaq. Fevralın 16-da yenidən cənub-qərb küləyi güclənəcək. Havanın maksimal temperaturu 15-20 dərəcə isti olacaq”.
Gülşad Məmmədova deyib ki, bölgələrdə də yaxın günlərdə hava əsasən yağmursuz keçəcək: “Lakin fevralın 14-ü və 15-i gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntı olacağı, qar yağacağı ehtimalı var. Mülayim qərb küləyi arabir güclənəcək. Havanın maksimal temperaturu Mərkəzi Aran rayonlarında 15-20 dərəcə, dağlıq ərazilərdə 10-15 dərəcə isti olacaq”.
-
Dünya12:18NATO-dan müharibə çağırışı: Hər kəs hazır olsun
-
Rəsmi xronika11:38"Zəngəzur dəhlizi tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək" - PREZİDENT
-
Region11:12İranda məşhur müğənnini şallaqladılar - VİDEO
-
Dünya10:54NATO-dan Türkiyə açıqlaması: “Qara dənizdə ciddi hadisələr baş verir”
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi



































