Ekologiya
Cəlilabadda sel təhlükəsi yarandı - FOTO
Bir neçə gün əvvəl ölkə ərazisinə yağan intensiv qarın ardınca havaların mülayimləşməsi və temperaturun yüksəlməsi qarın sürətlə əriməsinə səbəb olub. Nəticədə çaylarda sululuq artıb, bəzi ərazilərdə isə sel təhlükəsi yaranıb.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, Cəlilabad rayonu ərazisindən keçən Mişar çayında axşam saatlarından etibarən sel müşahidə olunmağa başlayıb.
Çay üzərində yerləşən bütün su anbarlarında suyun həcmi maksimum həddə çatıb və artıq suların çayın məcrasına yönləndirilməsi həyata keçirilir.
Hazırda çay sahili ərazilərdə vəziyyət nəzarətdə saxlanılır. Əlaqədar qurumların əməkdaşları tərəfindən 24 saatlıq monitorinq aparılır və mümkün risklərin qarşısının alınması istiqamətində tədbirlər görülür.
Sakinlərə çay kənarına yaxınlaşmamaq, təhlükəsizlik qaydalarına əməl etmək tövsiyə olunur
-
Dünya12:18NATO-dan müharibə çağırışı: Hər kəs hazır olsun
-
Rəsmi xronika11:38"Zəngəzur dəhlizi tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək" - PREZİDENT
-
Region11:12İranda məşhur müğənnini şallaqladılar - VİDEO
-
Dünya10:54NATO-dan Türkiyə açıqlaması: “Qara dənizdə ciddi hadisələr baş verir”
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi



































