Ekologiya
Bu gün 14 dərəcə isti olacaq
Azərbaycanda fevralın 22-də gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.
Publika.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi, lakin səhər bəzi yerlərdə az çiskinli olacağı, axşam isə yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi axşama doğru mülayimləşəcək.
Havanın temperaturu gecə 3-6°, gündüz 9-14° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-80%, gündüz 60-65% təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısa müddətə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1-6°, gündüz 9-14° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti olacaq.
-
Rəsmi xronika22:16Prezident Möminə xatun türbəsində aparılan bərpa işləri ilə tanış oldu - FOTO
-
İdman21:53“Sabah” “Orhus”u darmadağın etdi - YENİLƏNDİ
-
Rəsmi xronika20:15Prezident Naxçıvanda yeni avtobuslara baxdı, dəmir yolunda yenidənqurma işləri ilə tanış oldu - FOTO/VİDEO
-
Rəsmi xronika19:40İlham Əliyev Naxçıvanda günəş elektrik stansiyalarında görülən işlərlə tanış oldu - FOTO/VİDEO
-
Magazin119:24Xuramanla əri arasında cəyirtkə qalmaqalı: “Məni boşayacaq” - VİDEO
-
Hadisə18:24Azərbaycanda meşədən qadın və kişi MEYİTİ TAPILDI
-
Yaxın Şərq17:07Müsəlman ölkələrinin birləşməsi İsraili təşvişə saldı: Tətikdə olmalıyıq
-
Yaxın Şərq13:01Bəşər Əsədə ölüm hökmü verildi























.jpg)












