Ekologiya
Dağlıq ərazilərdə şaxta müşahidə olunur - Faktiki hava
Martın 1-i saat 10:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunub.
Bu barədə Publika.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qarın hündürlüyü Şahbuzda 39, Xınalıq, Qrızda 31, Şəkidə 30, Zaqatalada (Əlibəy) 29, Qusar (Laza) 22, Şahdağda 18, Lerikdə 15, Xaltanda 14, Qax (Sarıbaş), Daşkəsəndə 13, İsmayıllı (İvanovka), Qəbələdə 10, Qubada 9, Gədəbəydə 8, Altıağac, Yardımlı, Oğuzda 5, Qobustanda 4 sm, Şamaxı, Göygöldə 2 sm-dir.
Düşən yağıntının miqdarı Göyçayda 15, Balakəndə 12, Şahbuzda 10, Tovuz, Şabranda 8, Ağstafada 5, Mingəçevir, Goranboyda 4, Bakıda və Abşeron yarımadasında, eləcə də Şəmkir, Kürdəmir, Lənkəran, Astara, Ağdamda 3, Naxçıvan, Gəncə, Tərtərdə 2, Ceyrançöl, Culfa, Ordubad, Naftalan, Ağsu, Bərdə, Yevlax, Sabirabad, Neftçalada 1mm-dir.
Şərq küləyi əsib, küləyin maksimal sürəti Neftçalada 20, Naftalanda 18, Biləsuvarda 16 m/s-dək güclənib.
Daşkəsən, Göygöl, Balakən, Sarıbaş (Qax), Şəki, Şamaxı, Qobustan, Qrız, Göyçayda duman müşahidə olunub, dumanda görünüş 500 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2, Aran rayonlarında 3 dərəcəyədək isti, Naxçıvan MR 1 , dağlıq rayonlarda 4 dərəcəyədək şaxta qeydə alınıb.
-
Rəsmi xronika11:38"Zəngəzur dəhlizi tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək" - PREZİDENT
-
Region11:12İranda məşhur müğənnini şallaqladılar - VİDEO
-
Dünya10:54NATO-dan Türkiyə açıqlaması: “Qara dənizdə ciddi hadisələr baş verir”
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?


















.jpg)

















