Ekologiya
G3 dərəcəli şiddətli geomaqnit qasırğası başladı
Mütəxəssislərin günlər öncə anons etdiyi G3 dərəcəli şiddətli geomaqnit qasırğası artıq planetimizi cənginə alıb.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (KTİ) Günəş Astronomiyası Laboratoriyasından bildiriblər.
Məlumatına görə, maqnit qasırğası ilkin hesablamalara nisbətdə bir sutka gecikmə ilə başlayıb. Gücünə görə bu, cari ildə qeydə alınan üçüncü belə hadisədir və yalnız 19-21 yanvarda baş verən G4.67 dərəcəli fırtınadan geri qalaraq, 21 martdakı proseslə eyni səviyyədə dayanır. Lakin indiki təlatüm əvvəlkilərlə müqayisədə daha qısamüddətlidir.
Tədqiqatçıların bildirdiyinə görə, planetimizin qoruyucu maqnit sahəsi Günəş plazma atılmalarına təqribən 24 saat müqavimət göstərə bilib. İlkin təsir dalğası ötən gün Bakı vaxtı ilə 15:00-da Yerə çatsa da, sonrakı mərhələdə geomaqnit sahəsi artan təzyiqə tab gətirməyib.
Laboratoriyadan əlavə olaraq qeyd ediblər ki, hazırkı maqnit qasırğasının yanvar ayındakı hadisəni üstələməsi inandırıcı görünmür.
Mütəxəssislər həmçinin diqqətə çatdırıblar ki, hazırda Günəş səthində böyük ləkə qruplarının izlənilməsinə rəğmən, bu formalaşmalar hələlik güclü partlayışlara səbəb olmayıb.(Oxu.az)
-
İdman21:51Sensasion iddia: Ronaldo “Əl-Nəsr”dən ayrılır
-
Ekopublika.az21:00Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Elm və təhsil19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər
-
Rəsmi xronika17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
-
Rəsmi xronika16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam
-
Nida Xəbər 15:31Baş nazir qərar imzaladı
-
Maraq dünyası13:40Maskın 78 yaşlı anası qarajda yatır: Başının üstündəki dama şükür edir - FOTO














.jpg)




















.jpg)

