Ekologiya
Azərbaycanın bəzi ərazilərinə yağış yağıb - FAKTİKİ HAVA
Milli Hidrometeorologiya Xidməti iyulun 12-i saat 9:00-a olan hava məlumatını yayıb.
Publika.az xəbər verir ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxıb, qısamüddətli az yağış yağıb.
Düşən yağıntının miqdarı: Balakən, Qrız, Qusar (Laza), Daşkəsən, Kəlbəcər, Laçın, Qubadlıda 1 mm-dir.
Şahdağ, Şahbuz, Qusar, Daşkəsəndə duman müşahidə olunub. Görünüş məsafəsi 500 metrədək məhdudlaşır.
Hazırda Bakıda və Abşeron yarımadasında şimal qərb küləyinin maksimal sürəti 17 m/s-yə çatır.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-da 37, Aran rayonlarında 38, dağlıq rayonlarda 27 dərəcəyədək isti müşahidə olunub.
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi























.jpg)












