Ekologiya
Dünya daşqın və yanğın fəlakətləri ilə mübarizə aparır
Almaniyada davam edən isti və quraq hava şəraiti meşə yanğınları riskini əhəmiyyətli dərəcədə artırıb.
Publika.az xəbər verir ki, Almaniya Meteorologiya Xidməti (DWD) ölkənin bir sıra bölgələri üçün yüksək təhlükə səviyyəsi elan edib. Xəbərdarlıq əsasən Brandenburq və Baden-Vürtemberq əyalətlərini əhatə etsə də, Bavariya, Meklenburq-Ön Pomeraniya, Aşağı Saksoniya, Şimali Reyn-Vestfaliya və Saksoniya-Anhalt əyalətlərində də riskin yüksək olduğu bildirilib. DWD vətəndaşları meşələrdə siqaret çəkməməyə, kötüyü yerə atmamağa, manqal yandırmamağa və avtomobilləri quru ot örtüyü üzərində saxlamamağa çağırıb.
“Tagesschau” xəbər xidməti Almaniya Yanğınsöndürənlər Assosiasiyasının meşə yanğınları ilə daha kəsərli mübarizə aparmaq üçün xüsusi texnika və nəqliyyat vasitələrinə investisiyaların artırılmasını tələb etdiyini yazıb. Təşkilat son illərdə bu istiqamətdə irəliləyiş əldə olunsa da, əlavə ixtisaslaşdırılmış avadanlıqlara hələ də ehtiyacın qaldığını açıqlayıb.
-
Ekopublika.az21:00Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Elm və təhsil19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər
-
Rəsmi xronika17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
-
Rəsmi xronika16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam
-
Nida Xəbər 15:31Baş nazir qərar imzaladı
-
Maraq dünyası13:40Maskın 78 yaşlı anası qarajda yatır: Başının üstündəki dama şükür edir - FOTO
-
ABŞ12:10Trampın sərvəti açıqlandı: Görün əsas gəlir mənbəyi nədir



































.jpg)

