Ekologiya
Hirkan Milli Parkını kimlər zibilləyir? - FOTOLAR
Hirkan Milli Parkının müxtəlif əraziləri və parkdan keçən yolboyu hissələr məişət tullantıları ilə çirkləndirilib.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, xüsusilə plastik qablar, şüşələr, sellofan torbalar və digər tullantılar parkın təbii mənzərəsini korlayaraq xoşagəlməz görüntü yaradır.
Parkın dərinliklərinə doğru irəlilədikcə bu mənzərəyə daha çox rast gəlinir.
Ziyarətçilərin sözlərinə görə, ərazidə zibil qutularının sayı olduqca azdır. Yalnız bəzi fərdi sahibkarların fəaliyyət göstərdiyi çayxana və istirahət məntəqələrinin yaxınlığında zibil qutuları mövcuddur. Nəticədə, istirahətə gələnlərin bir qismi tullantıları elə milli parkın ərazisinə atır.
Problemin digər təhlükəli tərəfi isə qadağan olunmasına baxmayaraq, parkın müxtəlif hissələrində ocaq qalıqlarının aşkarlanmasıdır. Mütəxəssislər bildirirlər ki, xüsusilə yay aylarında bu cür halların baş verməsi meşə yanğınları riskini əhəmiyyətli dərəcədə artırır.
Diqqət çəkən məqamlardan biri də odur ki, tullantılara daha çox Xanbulan su anbarının yaxınlığında rast gəlinir. Bu isə bölgənin əsas içməli su mənbələrindən biri olan su anbarının çirklənməsi riskini artırır və ekoloji baxımdan ciddi narahatlıq doğurur.
Ziyarətçilər hesab edirlər ki, milli parkın müxtəlif hissələrində zibil qutularının sayının artırılması, əraziyə nəzarətin gücləndirilməsi və maarifləndirmə tədbirlərinin genişləndirilməsi bu problemin həllinə mühüm töhfə verə bilər. Onların fikrincə, Hirkan Milli Parkı kimi unikal təbiət ərazisinin qorunması hər bir vətəndaşın məsuliyyətidir.
-
Elm və təhsil19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər
-
Rəsmi xronika17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
-
Rəsmi xronika16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam
-
Nida Xəbər 15:31Baş nazir qərar imzaladı
-
Maraq dünyası13:40Maskın 78 yaşlı anası qarajda yatır: Başının üstündəki dama şükür edir - FOTO
-
ABŞ12:10Trampın sərvəti açıqlandı: Görün əsas gəlir mənbəyi nədir
-
Nida Xəbər 11:55Gürcüstanda əsgərlik şərtləri: 6 ay xidmət, 560 dollar maaş və...







































.jpg)

