Ekologiya
Antarktidada şok iqlim anomaliyası: Buzlar niyə qəfil artdı? - Alimlər səbəbi tapdı
Şərqi Antarktidada - Kraliça Meri Torpağı və Uilks Torpağı bölgələrində buz örtüyünün rekord artımının səbəbi müəyyənləşdirilib.
Publika.az xəbər verir ki, Çin Elmlər Akademiyasının Okeanologiya İnstitutunun alimlərinin də daxil olduğu beynəlxalq tədqiqat qrupu bu qeyri-adi hadisənin tropiklərdəki okean sularının uzunmüddətli isinməsi ilə bağlı olduğunu açıqlayıb.
Məlum olub ki, Antarktidadan minlərlə kilometr uzaqda - Sakit okeanın qərbi ilə Hind okeanının şərqinin qovuşduğu ərazidə suyun temperaturunun yüksəlməsi atmosferdə böyük dəyişikliklərə səbəb olub.
Tropiklərdəki isinmə Rossbi dalğalarını gücləndirib. Bu atmosfer dalğaları hava dövranını dəyişərək Avstraliyanın cənubunda aşağı, Şərqi Antarktida sahillərində isə yüksək təzyiq zonası yaradıb.
Nəticədə atmosferdəki “çaylar” - böyük həcmdə su buxarı daşıyan hava axınları daha tez-tez Hind okeanından Antarktidaya yönəlib. Rütubətlə yüklənmiş hava materik üzərində soyuyaraq Uilks və Kraliça Meri torpaqlarında uzunmüddətli və güclü qar yağışlarına səbəb olub.
Məhz bu qar kütlələrinin sıxlaşması nəticəsində Antarktidada nəhəng yeni buz örtüyü formalaşıb.
Araşdırmaya görə, qlobal istiləşmə bu yağıntıların yalnız 9 faizinə təsir edib. Əsas amil isə tropik okeanlarda baş verən proseslər olub. Alimlər belə isinmə dövrlərinin təxminən 10 ildən bir təkrarlana biləcəyini müəyyənləşdiriblər.
Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu rekord artım müvəqqətidir və Antarktidanın ümumi buz itkisi tendensiyasını dayandırmır. Son 20 ildə qitə orta hesabla ildə 140,5 milyard ton buz itirib. Xüsusilə Qərbi Antarktidanın buzlaqları isti okean axınlarının təsiri ilə aşağıdan sürətlə əriməkdə davam edir.
Yəni Antarktidada buzların artması qlobal istiləşmənin dayandığı anlamına gəlmir - əksinə, alimlər bunun daha böyük iqlim proseslərinin müvəqqəti nəticəsi olduğunu bildirirlər.
Müəllif: Adəm
-
Kriminal19:40Azərbaycanda övladlarına işgəncə verən ana və ögey ata həbs edildi
-
Elm və təhsil18:30Övladını dərsdən yayındıran valideynləri hansı məsuliyyət gözləyir? - Rəsmi
-
Hadisə18:20Ceyranbatanda çoxmərtəbəli yaşayış binasında yanğın - Foto/Video/Yeniləndi
-
Rəsmi xronika15:44Türkmənbaşıda Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirildi - YENİLƏNDİ
-
Nida Xəbər 14:40Hərbi vəzifəlilərin NƏZƏRİNƏ! - Baş nazirdən QƏRAR
-
Dünya14:02Qarşıdan gələn qış Avropa üçün ağır keçə bilər: Qaz çatışmazlığı riski artır
-
Sosial13:28İlham Əliyev MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış oldu - FOTO
-
Sosial13:24Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...







.jpg)



























.jpg)

