Elm və təhsil
“Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı”
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutu Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunmuş “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” adlı kitab çap etdirib.
Publika.az xəbər verir ki, institutun direktoru, akademik İsa Həbibbəylinin rəhbərliyi ilə 2 cilddə, iri həcmdə (1890 səh.) hazırlanmış kitab monoqrafik səciyyə daşıyır.
Kitabda müstəqillik dövrü ədəbiyyatının təşəkkülü, formalaşması, ümumi xüsusiyyətləri, müasir inkişaf tendensiyaları araşdırılmış və əsas yaradıcı simalarına oçerklər həsr olunub.
İkicildlik kitabın elmi redaktoru akademik İsa Həbibbəylinin “Müstəqilliyin şərəfli yolu və müstəqillik ədəbiyyatı” adlı geniş ön söz məqaləsi ilə açılır.
Kitabın birinci cildi “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı 1990-cı illərdə” adlanır və burada müstəqillik ədəbiyyatının təşəkkül mərhələsi “keçid ədəbiyyatı” kimi xarakterizə olunur.
Kitabın ikinci cildi XXI əsrdən başlayaraq müstəqillik zəminində tam ifadəsini tapan müasir dövr ədəbiyyatından söz açır və “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı müasir mərhələdə”adlanır.
Müasir Azərbaycan ədəbiyyatında cərəyanlaşma, realizmlə yanaşı, magik realizm, ekzistensializm, dekadans və modernizm, avanqard və postmodernizmin təzahürü qeydə alınmış və kitabda ayrıca nəzərdən keçirilib. Müstəqillik dövründə uşaq ədəbiyyatı, ədəbiyyatşünaslıq və tənqid, müasir nəzəriyyə, Azərbaycan ədəbiyyatının dünyaya inteqrasiyası və əlaqələri məsələləri də ayrı-ayrı fəsillərdə araşdırılıb, təqdim olunub.
-
Region19:48Türkiyədə bələdiyyə sədri güllələndi
-
Sosial18:48Quyuya düşən şəxs belə xilas edildi - VİDEO
-
Əmlak17:40Səlim Müslümovun 370 kvadratmetrlik mənzili dördüncü dəfə hərraca çıxarılır
-
İqtisadi gündəm16:57İcra hakimiyyəti 173 minə iki su tankeri alır
-
Avropa16:25Bu ölkədə dəmir yollarında hərəkət tam dayandırıldı - Səbəb açıqlanmır
-
Magazin215:30Məşhur model çimərlik görüntüləri ilə gündəm oldu - FOTO
-
Avropa14:59Generaldan xəbərdarlıq - Rusiya qorxunc düşmənə çevrilib
-
Magazin214:50Tom Hardi məşhur serialdan qovuldu







































