Elm və təhsil
ATU-da təlim keçirildi - - FOTO
Azərbaycan Texnologiya Universitetində “Təhsil sektorunda “Açıq hökumət” konsepsiyasının tətbiqi və təşviqi” layihəsi çərçivəsində təlim-seminar keçirilib.
Azərbaycan Keyfiyyət Assosiasiyasının təşəbbüsü, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Təhsil Nazirliyinin təşkilatı köməkliyi ilə baş tutan tədbirdə universitetin professor-müəllim heyətinin üzvləri və tələbələr iştirak edib.
Azərbaycan Texnologiya Universitetinin elm və texnika üzrə prorektoru Səbuhi Yusifov “Açıq hökumət” konsepsiyasının mahiyyəti və onun tətbiqi ilə təhsil sahəsində əldə oluna biləcək nəticələr haqqqında danışıb.
Azərbaycan Keyfiyyət Assosiasiyası İB-nin sədri Samir Novruzov isə rəhbərlik etdiyi təşkilat tərəfindən həyata keçirilən “Təhsil sektorunda “Açıq hökumət” konsepsiyasının tətbiqi və təşviqi” layihəsi haqqında məlumat verib. O, qeyd edib ki, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən bu layihə digər sahələrdə olduğu kimi təhsil sektorunda da şəffaflığı stimullaşdırmağa xidmət edir.
Tədbirə dəvət edilən Təhsil Nazirliyinin İnformasiya şöbəsinin İctimaiyyətlə əlaqələr sektorunun institusional inkişaf üzrə koordinatoru Elçin Sərdarov təqdimatla çıxış edərək “Açıq hökumət” konsepsiyası çərçivəsində Təhsil Nazirliyi tərəfindən görülən işlər, nazirliyin saytı və elektron resursları, e-müraciət, məlumat mərkəzinin fəaliyyəti, maarifçi QHT-lərlə təşkil edilən aylıq informasiya görüşləri haqqında məlumat verib. Elçin Sərdarov bildirib ki, bu qəbildən olan təlimlərin əsas məqsədi təhsil alanları və müəllimləri elektron təhsil resursları ilə tanış etmək və onlardan istifadə vərdişlərini aşılamaqla təhsil sektorunda “Açıq hökümət” konsepsiyasının tətbiqi və təşviqinə dəstək verməkdir.
Təlim-seminarda iştirakçıların “Açıq hökumət” konsepsiyası və təhsil sahəsində fəaliyyət göstərən elektron resurslar haqqında məlumatlılıq səviyyəsinin öyrənilməsi üçün sorğu keçirilib. Təqdimatlardan sonra təlim iştirakçıları diskussiyalarda iştirak edərək e-resurslardan məlumat əldə edilməsi və bu zaman yarana biləcək çətinliklərlə bağlı fikir mübadiləsi aparıblar. Müzakirələr zamanı qeyd olunub ki, ali təhsil müəssisələrinə aid elektron dərslik saytının yaradılması və ya mövcud sayta müasir dərsliklərin və onların təcrümələrinin daxil edilməsi də məqsədəuyğun olardı.
Tədbirin sonunda iştirakçılara elektron təhsil resurslarına aid film nümayiş etdirilib.
-
Hadisə18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı
-
Nida Xəbər 15:49Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
-
Dünya14:45Ərdoğan ABŞ-da o uşağı gördü, yanına çağırdı, qızıl sikkə verdi - VİDEO
-
Qoroskop12:54Bu 3 bürc üçün şanslı günlər başladı
-
Nəqliyyat11:30Bu avtobuslar daha "Şamaxı yolu"nda dayanmayacaq
-
Nida Xəbər 10:30Zakir Həsənov Hərbi Polisin ön əməliyyat bazasında - VİDEO/FOTO

















.jpg)

.jpg)
















.jpg)

