Elm və təhsil
DİM-dən abituriyentlərə MÜRACİƏT
Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan Dövlət Dəniz Akademiyasında təhsil almaq istəyən abituriyentlərə müraciət edib.
DİM-in mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Dövlət İmtahan Mərkəzinin 2017/2018-ci tədris ilində ali təhsil müəssisələrinin I ixtisas qrupu üzrə keçirdiyi qəbul imtahanlarında iştirak edən və tələb olunan şərtləri ödəyən abituriyentlər Dövlət Dəniz Akademiyasının “Gəmi energetik qurğularının istismarı mühhəndisliyi”, “Dəniz naviqasiyası mühəndisliyi” və “Elektrik mühəndisliyi” ixtasları üzrə müsabiqədə iştirak etmək üçün 31 iyul - 3 avqust tarixlərində Bakı şəh., Yasamal r-nu, Kazım Kazımzadə, ev 120 A (Gömrük hospitalının yanı) ünvanında yerləşən “AXDG” QSC-nin 1 saylı poliklinikasında xüsusi tibbi və psixoloji müayinədən keçməlidirlər.
Müayinədən uğurla keçən abituriyentlər avqustun 6-dan etibarən ixtisas seçimində iştirak edərək həmin ixtisasları elektron ərizələrində qeyd edə bilərlər.
Qeyd edək ki, ixtisas seçimi avqustun 10-dək davam edəcək.
-
Hadisə11:24
"TikTok" fenomeni naməlum şəxslər tərəfindən öldürüldü - FOTO
-
İKT09:00
“WhatsApp” yeni funksiya ilə hər kəsi heyrətləndirəcək
-
Avropa08:24
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"
-
Sağlamlıq06:46
Birdəfəyə nə qədər kabab yemək olar? - Dietoloq LİMİT QOYDU
-
Magazin105:45
Sevinc Balidə belə dincəlir - FOTO
-
Kriminal03:43
Çayxana qan gölünə döndü: Muradova 13 bıçaq zərbəsi vuruldu
-
Sosial02:42
Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO
-
Sosial01:11
Cəmiyyət açıq-saçıq geyinənlərə necə baxır?: “Bizə çox şey deyirlər, amma..." - VİDEO