AMEA rəhbərliyindən akademikin söyüşlərinə SƏRT REAKSİYA: "Ramiz müəllim şüurlu şəkildə..."
Bizi izləyin

Elm və təhsil

AMEA rəhbərliyindən akademikin söyüşlərinə SƏRT REAKSİYA: "Ramiz müəllim şüurlu şəkildə..."

"Akademik Ramiz Məmmədovun Azərbaycan jurnalistləri ilə bağlı səsləndirdiyi fikirlər akademiya rəhbərliyi, akademiyanın prezidenti Akif Əlizadənin, akademik katib kimi mənim mövqeyimlə yüz faiz ziddiyyət təşkil edir. Biz akademik Ramiz Məmmədovun həmin fikirlərini bölüşmürük, həmin fikri qüsurlu sayırıq".

Bu sözləri Publika.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun bütün Azərbaycan jurnalistlərini təhqir etməsinə münasibət bildirərkən deyib.

R.Əliquliyev bildirib ki, R.Məmmədovun fikirləri akademiya ilə jurnalistlərin münasibətlərinə tam ziddir:

“Bu, Ramiz Məmmədovun şəxsi fikirləridir. Biz hesab edirik ki, onun səsləndirdiyi fikirlər qüsurludur və ziyanlı mövqedir. Biz Azərbaycan mediasına, jurnalistlərinə böyük hörmətlə yanaşırıq. Azərbaycan Milli Elmlər Akademiyasının ölkəmizin müxtəlif media qurumlarında çalışan jurnalistləri ilə çox gözəl əməkdaşlıq münasibətləri var. Mətbuat Şurası, onun rəhbərliyi, xüsusi elektron media ilə konstruktiv münasibətlərimiz mövcuddur. Akademiyanın bütün fəaliyyətini, uğurlarını, problemlərini ictimailəşdirdiyinə görə həmin jurnalistlərə minnətdarlığımızı bildiririk. Biz bütün jurnalistlərimizə hörmətlə yanaşırıq və gələcəkdə də jurnalistlərimizlə əməkdaşlığı daha da dərinləşdirəcəyik. Ramiz Məmmədovun səsləndirdiyi fikirlə razı deyilik. Onun fikirləri bizim fəaliyyətimizə tamamilə ziddiyyət təşkil edir. Bu, onun öz mövqeyidir, hesab edirəm ki, özü buna görə cəmiyyət qarşısında məsuliyyət daşıyır. Biz jurnalistlərin dostuyuq, hər zaman akademiyanın qapıları jurnalistlərin üzünə açıqdır. Belə gözəl münasibətlərin fonunda bu cür fikirlərin səsləndirilməsi təəssüf hissi doğurur.

Sözlərimin institut direktorunun sözləri kimi yox, akademiyanın akademik katibi, müəyyən qədər bu işə məsul olan şəxslərdən biri kimi qəbul olunmasını istərdim. Çıxışımda həm də akademiya rəhbərliyinin mövqeyini çatdırdım. Akademiya rəhbərliyi Ramiz Məmmədovla eyni mövqedə deyil. Həmçinin hesab edirəm ki, Ramiz Məmmədov fikirlərini emosional şəkildə səsləndirib. Düşünmürəm ki, Ramiz müəllim şüurlu şəkildə bu qərara gəlib. O, mənən jurnalistlərə düşmən deyil. Güman edirəm ki, Ramiz müəllim özü də dediyi fikirlərdən peşmançılıq çəkir”.

Akademiya rəhbərliyinin razı olmadığı və qüsurlu hesab etdiyi fikirlərlə bağlı Ramiz Məmmədovla hər hansı söhbətinin olub-olmaması ilə bağlı suala Rasim Əliquliyev belə cavab verdi:

“Bu, artıq mətbəx söhbətidir. Mən hazırda kənardayam bu məsələ ilə məşğul olmağa vaxtım yoxdur. Lakin onun səsləndirdiyi fikirlər barədə mənə məlumat verdilər və çox təəssüf hissi keçirirəm. Bu fikirlər akademiyaya yaraşmır”.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun direktoru, professor Ramiz Məmmədov Modern.az saytına verdiyi açıqlamada ölkə mediasında çalışan bütün jurnalistləri təhqir edib, jurnalistləri “bezdarnı”, savadsız adlandırıb. R.Məmmədov mediaya təkrar açıqlamasında fikirlərinin üstündə durduğunu, geri çəkilmədiyini əlavə edib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm