Elm və təhsil
BDU rektoru Avrasiya Universitetlər Assosiasiyası Şurasının iclasında çıxış edib
Rusiya Federasiyasının Petr Velikiy adına Sankt-Peterburq Politexnik Universitetində Avrasiya Universitetlər Assosiasiyası (AUA) Şurasının genişləndirilmiş iclası keçirilib.
Publika.az xəbər verir ki, iclasda Bakı Dövlət Universitetinin (BDU) rektoru, Assosiasiyanın vitse-prezidenti, akademik Abel Məhərrəmov da iştirak edib. Şuranın iclasını Assosiasiyanın prezidenti, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sadovniçi açıb. Akademik V.Sadovniçi AUA-nın 2017-ci ilə aid hesabatını təqdim edib, müasir dövrdə universitetlərin təhsil və elm sahəsində qarşılıqlı əlaqələrinin genişləndiriliməsinin əhəmiyyətindən danışıb, həmçinin Assosiasiyanın XIV qurultayına hazırlıq məsələləri barədə məlumat verib.
Tədbirdə çıxış edən BDU-nun rektoru, akademik Abel Məhərrəmov iclasın əlamətdar bir tarixdə - Rusiya Rektorlar İttifaqının XI qurultayı günündə keçirilməsini yüksək dəyərləndirib. O, Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamı, o cümlədən yubileyin UNESCO-nun dəstəyi ilə Parisdə qeyd olunacağı barədə məlumat verib. AUA-nın 2019-cu il qurultayına aid tədbirlər siyahısına BDU-nun 100 illiyinə həsr olunmuş tədbirin salınmasının Müsəlman Şərqində ilk klassik universitetin fəaliyyətinə verilən yüksək qiymətin göstəricisi olduğunu söyləyib. Akademik Abel Məhərrəmov çıxışında birgə tədqiqat və təhsil proqramlarının maliyyələşdirilməsi və həyata keçirilməsi məqsədi ilə Avrasiya Assosiasiyası Universitetlərinin fondunun yaradılması, Assosiasiyaya daxil olan universitetlərin tələbələri üçün “Avrasiya təqaüdü”nün təsis edilməsi, universitlərin tədris-təcrübə mərkəzlərində yay məktəblərinin təşkili, BDU-nun Qazax filialının Assosiasiyaya üzv qəbul edilməsi kimi konkret təkliflərlə çıxış edib. Rektor Abel Məhərrəmov çıxışının sonda Şuranın iclasının yüksək təşkilinə görə Andrey İvanoviç Rudskoya təşəkkür edib.
Qeyd edək ki, həmin gün Petr Velikiy adına Sankt-Peterburq Politexnik Universitetində Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə Rusiya Rektorlar İttifaqının XI qurultayı keçirilib. MDB ölkələrinin universitet rəhbərlərinin, eləcə də tanınmış alimlərin, ictimai-siyasi xadimlərin qatıldığı qurultayda Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov da iştirak edib.
-
ABŞ02:00ABŞ SEPAH-ın mənzil-qərargahını belə məhv etdi - Video
-
Qoroskop01:40Günün ulduz falı: tələsik qərarlar verməyin!
-
Dünya00:55Bu gecə dünya onların sonuna şahid olacaq - İranın yeni Ali liderindən mesaj
-
Nida Təhlil 00:15Xamenei öldü, Sistani niyə cihad elan etmədi? - Detallar
-
Sosial1 Mart 23:55Elektrik və qaz ödənişində yeni dəyişiklik
-
İdman1 Mart 21:03“Sabah”ın məşqçisi “Qarabağ”a qarşı nalayiq hərəkət etdi, ara qarışdı - Video
-
ABŞ1 Mart 20:3848 lider bir anda məhv edildi... - Tramp İrandakı əməliyyat barədə
-
ABŞ1 Mart 20:24ABŞ İrana qarşı əməliyyatda bu təyyarədən istifadə edib





























.jpg)
.jpg)




