DİM - Ən çox vakant vəzifə Təhsil Nazirliyi tərəfindən təqdim edilib
Bizi izləyin

Elm və təhsil

DİM - Ən çox vakant vəzifə Təhsil Nazirliyi tərəfindən təqdim edilib

Dövlət qulluğunun A (inzibati rəhbər) və B (inzibati icraçı) növünə aid vakant vəzifələrin tutulması üçün müsabiqənin müsahibə mərhələsi elan edilib.

Dövlət İmtahan Mərkəzindən Publika.az-a verilən məlumata görə, müsahibədə iştirak etmək üçün qeydiyyat fevralın 4-dək davam edəcək.

Dövlət İmtahan Mərkəzi (DİM) mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla, ümumilikdə 14 dövlət orqanında dövlət qulluğu vəzifələrinin A (26 vəzifə) və B (296 vəzifə) növünə aid olan 322 vakant inzibatı vəzifənin tutulması üçün müsabiqənin müsahibə mərhələsini elan edir.

Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Mərkəzin internet portalında yerləşdirilmişdir.

Namizədlər əldə etdikləri sertifikata uyğun olan müsahibələrdə iştirak edə bilər. Müsahibədə iştirak üçün namizədlər 4 fevral 2019-cu il saat 18:00-dək (30 gün müddətində) “Dövlət qulluğu üzrə müraciət Forması”nı (https://eservices.dim.gov.az/dqq/Home/Login) doldurmaqla qeydiyyatdan keçməli və elan müddətində formaya daxil etdiyi məlumatlarda, sənədlərdə dəyişikliklər olduğu təqdirdə müvafiq düzəlişlər etməlidir.

Qeyd edək ki, müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə Təhsil Nazirliyi (162 vəzifə) tərəfindən təqdim olunub.

Vəzifə altqrupları üzrə müsahibəyə təqdim olunmuş vakant vəzifələr haqqında məlumat aşağıda qeyd edilib.

  • Təhsil Nazirliyi (162 vəzifə) – AC3 altqrupu üzrə 22, BA4 altqrupu üzrə 1, BB2 altqrupu üzrə 1, BB3 altqrupu üzrə 55, BB4 altqrupu üzrə 83;
  • Ekologiya və Təbii Sərvətlər Nazirliyi (67 vəzifə) –AC1 altqrupu üzrə 1, BB1 altqrupu üzrə 1, BB2 altqrupu üzrə 2, BB3 altqrupu üzrə 17, BB4 altqrupu üzrə 46;
  • Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (20 vəzifə) –AB4 altqrupu üzrə 1, AC2 altqrupu üzrə 2, BA4 altqrupu üzrə 2, BB1 altqrupu üzrə 11, BB2 altqrupu üzrə 3, BB3 altqrupu üzrə 1 vəzifə;
  • İqtisadiyyat Nazirliyi (9 vəzifə) – BA3 altqrupu üzrə 1, BA4 altqrupu üzrə 7, BB3 altqrupu üzrə 1 vəzifə;
  • Şirvan Apelyasiya Məhkəməsində (18 vəzifə) – BA3 altqrupu üzrə 1, BA4 altqrupu üzrə 17 vəzifə;
  • Qaradağ Rayon Məhkəməsində BB4 altqrupu üzrə 11 vəzifə;
  • Şəki Apelyasiya Məhkəməsində BA4 altqrupu üzrə 17 vəzifə;
  • Bakı Ağır Cinayətlər Məhkəməsində BB2 altqrupu üzrə 2 vəzifə;
  • Lənkəran Ağır Cinayətlər Məhkəməsində BB2 altqrupu üzrə 2 vəzifə;
  • Şəmkir Rayon Məhkəməsində BB4 altqrupu üzrə 4 vəzifə;
  • Hacıqabul Rayon Məhkəməsində BB3 altqrupu üzrə 1 vəzifə;
  • Şamaxı Rayon Məhkəməsində BB4 altqrupu üzrə 2 vəzifə;
  • 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində BB2 altqrupu üzrə 1 vəzifə;
  • Xətai Rayon Məhkəməsində BB4 altqrupu üzrə 6 vəzifə.

Ümumilikdə, müsahibəyə çıxarılmış 322 vakant vəzifənin 48- i 5-ci təsnifata,47- si 6-cı təsnifata, 227-si isə 7-ci təsnifata aid olmaqla, 1-i AB, 25-i AC, 46-sı BA, 249-u isə BB vəzifə qrupuna aiddir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm