Elm və təhsil
Arif Rüstəmova YÜKSƏK VƏZİFƏ VERİLDİ
Bakı Dövlət Universitetinin Qazax filialının direktoru vəzifəsinə təyinat olub.
Publika.az “Report”a istinadən xəbər verir ki, bu vəzifəyə universitetin Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsinin "Politologiya və sosiologiya" kafedrasının fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Arif Rüstəmov təyin olunub.
Qeyd edək ki, A.Rüstəmov 1959-cu il sentyabrın 5-də Azərbaycan Respublikası Qazax rayonu, Yuxarı salahlı kəndində qulluqçu ailəsində anadan olub. 1985-ci ilin uyun ayından BDU-nun indiki Politologiya və Sosiologiya kafedrasında laborant, baş laborant, kabinet müdiri, müəllim, baş müəllim, dosent vəzifələrində işləyib.
2008-2013-cü illərdə universitetin Sosial Elmlər və Psixologiya fakültəsinin tədris işləri üzrə dekan müavini vəzifəsində çalışıb.
2013-cü ildən BDU-nun Beynəlxalq münasibətlər və İqtisadiyyat Fakültəsinin Politologiya və Sosiologiya kafedrasının dosentidir.
O, bir kitab, yeddi dərslik, 50-dən çox elmi məqalə, tədris proqramı və metodik işin müəllifidir.
Ailəlidir, iki övladı var.
Qazax filialının sabiq direktoru, coğrafiya elmləri doktoru, professor Vüsət Əfəndiyev yanvar ayında vəfat edib.
-
ABŞ04:30ABŞ Hörmüz boğazını ələ keçirə bilər
-
Ekopublika.az03:19Neft yenidən ucuzlaşmağa başladı
-
Region02:18Pezeşkian Ərdoğanla danışdı: Buna hazırıq
-
Qoroskop01:40Günün ulduz falı: səbr ən güclü silahınız olacaq
-
Region9 Mart 22:20Hazırkı müharibənin fəsadları dünyanın hər yerində hiss olunacaq - Ərdoğan
-
Magazin19 Mart 21:37"Avroviziya" mahnımız təqdim olundu - Video
-
Region9 Mart 20:30Hələ də təxribatçı addımlar atılır - Ərdoğandan İrana çağırış
-
İnanc9 Mart 19:51Ramazanın 20-ci gününün duası - İftar və imsak vaxtları










.jpg)

























