Elm və təhsil
Astronomlar dörd ekzoplanet aşkar etdilər
Keele Universitetinin (İngiltərə) professoru Coel Hellierin başçılıq etdiyi bir qrup astronom “WASP-South” yerüstü robot teleskopundan istifadə edərək dörd yeni isti Yupiter tipli ekzoplanet aşkar ediblər.
Trend-in məlumatına görə, bunlardan biri ən yüksək temperatura, digəri isə qəribə bir orbitə malik olan ekzoplanetlərdir.
İlk ekzoplanet “WASP-178b” Günəşdən təqribən 1360 işıq ili məsafədə yerləşir və ultra-isti Yupiterlərə aiddir. Planetin xarici təbəqələrinin gündüz vaxtı temperaturu 2470 Kelvin təşkil edir ki, bu da onun bu günə qədər tanınan ən isti ekzoplanetlərdən biri olduğunu sübut edir. Ekzoplanet öz ulduzu ətrafında 3.3 günə tam dövr edir, radiusu Yupiterin radiusunun 1.84, kütləsi isə təxminən 1.66 hissəsini təşkil edir.
İkinci kəşf edilmiş “WASP-184b” ekzoplanetinin kütləsi Yupiterin kütləsinin təxminən 0,57, radiusu isə 1.33 hissəsinə bərabərdir. Planet Günəşdən təqribən 2100 işıq ili məsafədə yerləşir və effektiv istiliyi 1480 Kelvindir.
Yeni kəşf edilmiş “WASP-192b” adlı üçüncü ekzoplanet olduqca ağırdır. Kütləsi Yupiterin kütləsindən 2.3 dəfə böyük, radiusu isə təqribən 1.23 hissəsinə bərabərdir. Günəşdən təqribən 1600 işıq ili məsafədə yerləşir. Planetin temperaturu təxminən 1620 Kelvindir.
Günəşdən 900 işıq ili məsafədə yerləşən dördüncü “WASP-185b” ekzoplanetin radiusu Yupiterin radiusunun 1,25 hissəsini təşkil edir, kütləsi isə təqribən Yupiterin kütləsinə bərabərdir. Onun orbitinin ekssentristeti təxminən 0.24 və periodunun təqribən 9.4 Yer sutkası qədər olması planetin qeyri-adi xüsusiyyətlərindəndir. Adətən belə isti Yupiterlər öz ulduzlarına daha yaxındırlar.
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur






.jpg)






.jpg)






















.jpg)
.jpg)

