Elm və təhsil
FHN-in Akademiyasında Beynəlxalq Müəllimlər Günü qeyd olundu - FOTO
Oktyabrın 4-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.
FHN-dən Publika.az-a bildiriblər ki, tədbirdə Akademiyanın rəisi, general-mayor Baba Salayev ali təhsil ocağının müəllim heyətini Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib. O bildirib ki, müəllimlik dünyada ən çətin, eyni zamanda, ən şərəfli peşə olmaqla, gənc nəslin tərbiyəsində, onların dünyaya baxışın formalaşmasında böyük rola malikdir. Müəllim adı hər zaman ucalıq, ziyalılıq və mənəvi saflıq rəmzi kimi təcəssüm olunur, böyük hörmət və yüksək ehtiramla çəkilir. Müəllim peşəsini yüksək qiymətləndirən ümummilli liderimiz Heydər Əliyevin “Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda, qəhrəmanlıq göstərən insanlardır” kəlamını xatırladan natiq Ulu Öndərin respublikamıza rəhbərliyinin bütün dövrlərində müəllim əməyinə çox yüksək qiymət verdiyini diqqətə çatdırıb.
Akademiyanın rəisi bildirib ki, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də milli təhsilin inkişafına, müəllimlərin sosial rifah halının yaxşılaşdırılmasına xüsusi diqqət və qayğı ilə yanaşır. Ölkəmizdə aparılan yenidənqurma işləri, iqtisadiyyat, mədəniyyət və sosial sahələrdə reallaşdırılan islahatlar təhsilin inkişafına da müsbət təsir göstərir.
Tədbirdə Bakı Musiqi Akademiyasının tələbələrinin ifasında müxtəlif musiqilər və rəqslər ifa olunub, şeirlər oxunub.
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...







.jpg)

























.jpg)
.jpg)

