Elm və təhsil
“Yüksəliş” müsabiqəsinin növbəti mərhələsi başlayır
Sabah, fevralın 8-də "Yüksəliş" müsabiqəsinin növbəti - onlayn mərhələsinin ümumi biliklər üzrə ilk sınaq imtahanı keçiriləcək.
Bunu müsabiqə ilə bağlı yaradılan İşçi qrupunun rəhbəri Fərhad Hacıyev deyib.
Onun sözlərinə görə, fevralın 16-da müsabiqənin onlayn mərhələsinin ümumi bilik üzrə əsas imtahanı təşkil ediləcək.
İmtahanda Azərbaycan dili və ədəbiyyatı, tarix, coğrafiya, mədəniyyət, hüquq və iqtisadiyyat olmaqla hər fənn üzrə 21 sual təqdim olunacaq.
Onlayn mərhələnin ikinci hissəsi olan qabiliyyət imtahanının testlərinin demo variantı fevralın 23-də təqdim ediləcək. Testlərin demo variantı tanışlıq xarakteri daşıdığından onların cavablandırılması tələb olunmur. Onlayn mərhələnin Qabiliyyət imtahanı isə martın 1-də keçiriləcək. Qabiliyyət imtahanı üzrə testlər 3 blok - abstrakt (mücərrəd) düşüncənin, rəqəmsal məlumatlarla işləmək bacarığının, verbal məlumatlarla işləmək bacarığının yoxlanılması üzrə aparılacaq.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin iyulun 26-da imzaladığı sərəncamla intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədi ilə təsis olunub. (report)
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur






.jpg)






.jpg)






















.jpg)
.jpg)

