Tibb Universitetində koronavirusa kütləvi yoluxma baş verib? - RƏSMİ AÇIQLAMA
Bizi izləyin

Elm və təhsil

Tibb Universitetində koronavirusa kütləvi yoluxma baş verib? - RƏSMİ AÇIQLAMA

Azərbaycan Tibb Universiteti tələbələri arasında koronavirusa kütləvi yoluxma halının olması barədə yayılan məlumatlara münasibət bildirib.

Universitetdən Publika.az-a verilən məlumata görə, tələbələr arasında kütləvi yoluxma yoxdur. İndiyədək ATU-nun yalnız bir fakültəsində - I Müalicə profilaktika fakültəsinin 6 qrupunda təhsil alan bir neçə nəfərdə COVİD-19-a yoluxma aşkarlanıb. Həmin qruplar distant təhsilə keçirilib: "Digər fakültələrimizin heç birində yoluxma halları qeydə alınmayıb.

ATU-nun bütün tədris binaları mütəmadi olaraq dezinfeksiya olunur. Klinik baza üzrə əyani dərslərə gələn hər bir tələbənin temperaturu ölçülür". / "Trend"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm