Elm və təhsil
Hədəf STEAM Liseyində festival keçiriləcək
İyunun 15-i, saat 15:00-da Hədəf STEAM Liseyinin Abşeron filialında Milli Qurtuluş Gününə həsr olunmuş Elm, Faydalılıq, Mühəndislik Festivalı (EFMF-2021) keçiriləcək.
Publika.az xəbər verir ki, artıq ikincisi keçiriləcək festival Hədəf STEAM Liseyi müəllimlərinin lisey balabilgələri və ailələri ilə bir il ərzində hazırladıqları layihələr əsasında baş tutur. Hədəf mühəndislik liseyidir və hər ilin sonunda balabilgələr hesabat xarakterli layihələrini özləri təqdim edir, elmin yaşamımız üçün faydalılığından danışırlar.
Liseyin qurucu direktoru Şəmil Sadiq “Uşaqlarımızı cənab Prezident İlham Əliyevin “İKT sahəsində Azərbaycan, doğrudan da, son illər ərzində böyük uğurlar əldə edib. Bu, həm biznes, həm zəka, intellekt sahəsidir. Eyni zamanda, innovasiya və şəffaflığa təkan verən, xidmət göstərən bir sahədir. Biz bu imkanlardan daha da geniş şəkildə istifadə etməliyik...” fikirləri ilə böyütməli, onları Azərbaycanımızın gələcəyinə hazırlamalıyıq. Bunun üçün də profil olaraq mühəndislik və texnologiyanı seçmişik” – deyə bildirib.
Bunun nəticəsi olaraq 15 iyun tarixində yüzdən çox fərdi şəkildə hazırlanmış faydalı mühəndislik avadanlıqlarının sərgilənməsi ilə yanaşı, “Eduhek” şirkətinin təqdimatında dünyanın məşhur təhsil texnologiyaları avadanlıqları istehsal edən Çinin “Makeblock” və “Flahsforge”, Almaniyanın “Fishertechnik”, Koreyanın “Matatalab”, Türkiyənin “Emkotech” şirkətinin STEAM və Robotiks avadanlıqlarının sərgisi də təşkil ediləcək. EFMF-2021 “Özün düzəlt ART” və “Özün düzəlt STEM” əsasında təşkil olunacaq.
Bundan əlavə, sərgidə Hədəf Liseyinin nəzdində yerləşən İnteraktiv Elm Muzeyinin eksponatları nümayiş olunacaq. Sərgi iştirakçıları, eyni zamanda “Hədəf Nəşrləri” və “Xan” nəşriyyatının kitablarını endirimli qiymətlərlə əldə edə biləcəklər.
Açıq havada keçiriləcək EFMF-21 sərgisində ailələr övladları ilə gələ, iştirak edə, “Gör, Toxun, Et” prinsipi ilə əylənə və öyrənə bilər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğının nəticəsində dünyada baş verən texnoloji yeniliklərin ölkəmizə gətirilməsi ilə bağlı təşəbbüslər daim dəstəklənir. Hədəf STEAM Liseyi də bu siyasəti əsas götürərək öz fəaliyyətində mühəndislik və texnoloji yeniliklərin ölkəmizə gətirilməsinə, şagirdlər arasında təbliğ olunmasına çalışır. Yeni dünyanın qaydalarına uyğun olaraq bilgili, zəki, ölkəmiz üçün texnoloji yenilikləri mənimsəmiş nəsil yetişdirmək liseyin əsas məqsədidir.
“Hədəf Liseyi MMC”nin təhsil fəlsəfəsi STEAM (Science, Technology, Engineering, Art, Math) konseptinə əsaslanır. STEAM şagirdlərin interaktiv və inteqrasiya halında, toxunaraq və bilavasitə iştirak edərək öyrənmələrini nəzərdə tutur.
Ünvan: Hədəf STEAM Liseyi, Abşeron filialı, Masazır qəs., “Bağçalı evlər” yaşayış kompleksi
Tarix: 15 iyun 2021-ci il
Saat: 15.00
-
Qoroskop01:41Bu bürclər xoşbəxtlik gətirir - onların yaxınlığında şanslı bir zolaq başlayır
-
Qoroskop00:00Günün ulduz falı - Köhnə xatirələr ortaya çıxa bilər
-
Magazin214 Mart 23:12“Hülya Avşarın serialı bərbaddır” - Video
-
Avropa14 Mart 23:00Rusiya Ukraynanı elə bombalarla vurdu ki... - Dəhşətli görüntülər
-
Magazin214 Mart 22:48Əfsanəvi qrupun gitaristi vəfat etdi
-
Magazin114 Mart 22:00"Gündə bir dəfə qidalanıram, 5 ildən bir xəstələnərəm"
-
İdman14 Mart 21:36Millinin baş məşqçisi gizlicə Belarusa köçdü
-
Səhiyyə14 Mart 20:48Azərbaycanda tanınmış həkim vəfat etdi - Foto






































